Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ABŞ-ın Mosula hücumu teatr sehnesidir”

16 Ekim 2016

6:08 am


16/10/2016 [10:05]: xeber –
“Amerikanın başçılığıyla koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə hücumu İŞİD-lə birgə qurulmuş  növbəti teatr səhnəsidir…” sayt xəbər verir ki, bu  iddia “RİA Novosti”-nin hərbi-diplomatik mənbələrə istinadla yaydığı xəbərdə irəli sürülür.Xəbərdə deyilir ki, ABŞ və Səudiyyə Ərəbistanı  Mosula hücumdan öncə İŞİD qüvvələrinə ailələri ilə birlikdə şəhəri tərk etmələrinə şərait yaratmaları barədə məkrli bir razılığa gəliblər. Terrorçulara təhlükəsiz bir marşrutla Suriyaya daşınmaq göstərişi verilib. Mosula təyyarə və artilleriya zərbələri isə ABŞ komandanlığının “İŞİD”-lə razılaşdırdığı hədəflərə, əsasən boşaldılmış binalara  endiriləcək.Bu plana əsasən Suriyaya 10 mindən çox “İŞİD” yaraqlısı keçəcək. Burada isə məqsəd həmin terrorçu qüvvələrinin Deyr-əz-Zor və Palmira məntəqələrinə hücumlarını təşkil etməkdir. Mənbə Ağ Evin bu addımı Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı uğurlarından sonra atmağa qərar verib.sayt-ın öncədən xəbər verdiyi kimi,  şiə və kürd peşmərgələrinin də iştirak etdiyi Mosula hücumun eyni zamanda bölgədəki  müsəlmanlar arasında  növbəti  məzhəb qarşıdurması yaratmaq, eyni zamanda Türkiyənin planlarına əngəl olmaq üçün təşkil edildiyini bildirən mənbələr də var. Bölgənin türkmənşəli əhalisinə qarşı daha böyük təhlükə isə Mosulun 65 km qərbindəki 450 min türkmənin yaşadığı Tel-Afərin də  “qaçan “İŞİD”-çilərin oraya toplaşması” bəhanəsi ilə koalisiyanın bombardımanlarına məruz qalacağıdır…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler