Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-ın bu addımı Putini çox qezeblendirecek — QƏRAR

07 Ekim 2016

7:24 pm


07/10/2016 [23:21]: xeber –
ABŞ xarici işlər naziri Con Kerri Suriyada sadə vətəndaşların və xəstəxanaların bombalandığı üçün Bəşər Əsəd rejimi və Rusiya haqqında müharibə cinayətləri araşdırması üçün müraciət edilməsi lazım olduğunu bildirib. Con Kerri fransalı həmkarı Jan-Mark Ayrault ilə Vaşinqtonda baş tutan görüşdən əvvəl Suriyadakı yenilikləri dəyərləndirib. Kerri Suriyada dünən xəstəxanalara təşkil edilən hücumlardan danışaraq, “Rusiya və Suriya rejimi niyə xəstəxanalara, uşaq və qadınlara hücum etdiklərini bütün dünyaya anlatmaq məcburiyyətindədilər” dedi. Amerikalı nazir vurğulayıb ki, bu səbəblər müharibə cinayətləri istintaqı başlatmaq üçün kifayət edir. Bu hücumları həyata keçirənlər bu hərəkətlərindən məsuliyət daşımalıdırlar. Suriyada xəstəxanalara və vətəndaşlara qarşı edilən hücumlar “səhvən edilən hücum” kimi dəyərləndirilə bilməz. Bunu vurğulayan Kerri, bu hədəflərin əslində sadə vətəndaşlar arasında qorxu effekti yaratmaq olduğunu bildirib. Kerri, Rusiya və rejimin həyata keçirdiyi hücumlar və blokadada saxladıqları bütün ərazilərin blokadadan xilas etmək üçün hansı addımların atılacağı barədə Fransa ilə görüşlər keçirdiyini bildirib. Nazir, “21-ci əsrdə mühasirədə olan Hələb şəhərinin bombalanması ilə əlaqədar ortaq bir şəkildə ən güclü mesajın necə verilməsinin də lazım olduğunu müzakirə edəcəklərini deyib. Digər tərəfdən Rusiya Parlamenti ölkənin Suriyadakı Himeymim bazasından müddətsiz istifadəsindən bəhs edən qanunu imzalayıb. Rusiya ilə Suriya dövlətləri arasında 2015-ci ilin 26 avqust tarixində imzalanan müqaviləyə əsasən, rus təyyarələri və əsgərləri hərbi bazaya müddətsiz olaraq yerləşə bilərlər. Müqaviləyə əsasən, Rusiya bazadan istifadə üçün Suriya dövlətinə heç bir məbləğ ödəməyəcək. Hərbi bazaya yerləşdirilən təyyarə, hərbi contingent və təchizat Rusiya tərəfindən müəyyənləşdiriləcək. Himeymim bazasına gətiriləcək əşyalar vergi və gömrük rüsumundan azaddır. Burada xidmət göstərən rus hərbçi və ailələrinə diplomatlara verilən imtiyazlar veriləcək. Suriya dövləti isə fəaliyyəti səbəbindən Rusiyaya və hərbi personala qarşı heç bir iddia qaldırmayacaq. Bu barədə Dumada imzalanan qərar bir neçə gündən sonar Federasiya Şurasına da göndəriləcək.(Ölkə.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler