Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ generalı Türkiyede çevrilişi nece hazırlayıb? -Şok

25 Temmuz 2016

7:12 am


25/07/2016 [11:09]: xeber –
Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların xaricdən idarə olunduğu ortaya çıxıb. Qiyamı hazırlayan və idarə edən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbell də olub. Hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edən general Kempbell həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, o, çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib. 2014-cü ildən bəri Əfqanıstanda İSAF komandiri olan və bu ilin mayında təqaüdə çıxan Kempbell türkiyəli generallarla söhbətində çevrilişin uğurlu olacağı təqdirdə Türkiyəyə yenidən gələcəyini deyib. Qəzetin hərbi qaynaqlardan əldə etdiyi məlumata görə, qardaş ölkədə hərbi çevrilişin maliyyələşməsi də okeanın o tayından idarə olunub. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) kiçik qrup yaradılıb. Çevrilişə sayılı günlər qalmış Nigeriyda fəaliyyət göstərən “Yunayted Bank of Afrika” (UBA Bank) şöbəsindən külli miqdarda pul Türkiyəyə göndərilib. Bu pullar ölkə daxilində 80 nəfərdən ibarət qiyamçı qrupa məxsus bank hesablarına köçürülüb.(Axar.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler