Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ABŞ Dövlet Departamentinin Azerbaycanda dinile bağlı verdiyi beyanat qerezlidir”

15 Ağustos 2016

3:44 pm


15/08/2016 [19:42]: xeber –
ABŞ Dövlət Departamentinin Azərbaycanda dini icmaların sıxışdırıldığı ilə bağlı verdiyi bəyanat Azərbaycan da fəaliyyət göstərən siyasi partiya nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı sayt saytına acıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini vəziyyətlə bağlı hesabatında Azərbaycanda dini icmaların sıxışdırıldığı ilə bağlı məsələ heç bir həqiqətə söykənmir: “ Əksinə qərəz və böhtan xarakter daşıyır. ABŞ yenə də öz ənənəsinə sadiqdir. Bu cür hesabatlar birbaşa dünya ölkələrinə təzyiq olunması üçün nəzərdə tutulur. Son günlər Azərbaycanın qonşu Rusiya ilə münasibətlərinin daha da dərinləşməsi istiqamətində apardığı siyasətin baş verdiyi bir məqam da  ABŞ-ı ciddi şəkildə narahat olması gözlənilən idi. Mən bu bəyanatı daha çox bu amillə bağlayıram. ABŞ bu amilə görə Azərbaycana təzyiq yolunu seçib. Sual olunur. Bütün Qərb və Avropa da islamafobiyanı yayan və ona maddi və mənəvi dəstək verən Qərb bu gün Azərbaycanda hansı əsasla İslamın sıxışdırıldığını deyir? Hər kəs açıq şəkildə görür ki, bu gün Azərbaycanda əsl tolerantlıq hökm sürür, nəinki dinlər arası, hətta təriqətlər arasına normal münasibətlər höküm sürür. Hər cümə namazında təriqətlərindən aslı olmayaraq inaclı insanların birgə namaz qılmaqlarının şahidi oluruq.”Niyaməddin Orduxanlının sözlərinə görə, ABŞ-ın Nardarana görə narahatçılığına gəldikdə isə,  ABŞ çox yaxşı bilir ki, Nardaranda bir qrup əlalınmış şəxslər İran molla rejiminin təsirində olan insanlardı: “ Görün vəziyyət nə yerə gəlib çatıb ki, ABŞ İranın agentlərini müdafiə etməyə məcbur olur. Nardaran da baş verən hadisə bir qrup İranın ayətullalarının əlindən öpən insanların törətdiyi təxribatdır. Və bu gün də həmin insanlar törətdikləri əmələ görə qanun qarşısında cavab verirlər. Qeyd etdiyim kimi, burada əsas məqsəd Azərbaycana təzyiq etməkdir”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler