Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ dollardan imtina edir ve…- Gözlenilmez

27 Ağustos 2016

2:52 pm


27/08/2016 [18:51]: xeber –
ABŞ-ın ən iri bankları dollardan imtina etmək və dünya iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayıblar. Onlar 2018-ci ildə yeni hesablaşma növünə keçəcəklər. sayt-ın Rusiya mediasına istinadla yazdığına görə, UBS, Deutsche Bank, Santander və Bank of New York Mellon bankları mübadilə əməliyyatları çərçivəsində birləşməyə qərar veriblər. Bu o deməkdir ki,  ödənişlərdə artıq dollar iştirak etməyəcək. Mübadilələr onların şəxsi valyutası olan “utility settlement coin” adlanan valyutası ilə aparılacaq. Dördlüyün nümayəndələrindən əlavə, Goldman Sachs və JPMorgan kimi banklar da bu təşəbbüsə dəstək verməyə qərar veriblər. Ancaq onlar bunu öz proqramları çərçivəsində həyata keçirəcəklər. Adı çəkilən bankların  bütün inkişaf etmiş ölkələrdə ofislərinin olduğunu nəzərə alsaq, yeni ödəniş sistemi Amerika valyutasının çökürdə bilər.  Düzdü, ABŞ-ın bankları, nəhayət ki, Federal Ehtiyat Sistemindən və çap dəzgahından asılı olmayacaq. Ancaq bu, dünya iqtisadiyyatında neqativ nəticələrə gətirə bilər. Çünki artıq dövlət yeni valyutaya nəzarət edə bilməyəcək. İctimaiyyət sözügedən informasiyaya çox narahat reaksiya verib. İnsanlar bankların bu planının  dünyanın indiyədək görmədiyi böhran törədəcəyindən ehtiyatlanırlar.Sultan Laçın, moderator.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler