Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-dan Şimali Koreyaya gözdağı…

13 Eylül 2016

5:40 pm


13/09/2016 [21:39]: xeber –
sayt xəbər verir ki, ABŞ Şimali Koreyanın son vaxtlar aqressiv nüvə sınaqlarına qarşı iki uzun mənzilli strateji bombardmançı təyyarəsini Cənubi Koreyanın hava sahəsində uçurdub.ABŞ Müdafiə Nazirliyinin yazılı bəyanatına görə, ABŞ ilə Cənubi Koreya arasında təhlükəsizlik öhdəlikləri çərçivəsində B-1B Kanser nüvə silahı daşıma imkanına sahib uzun mənzilli iki strateji bombardman təyyarəsi Cənubi Koreyanın hava sahəsinə göndərilib.Cənubi Koreyanın təhlükəsizliyi barədə ABŞ-ın öhdəlikləri olduğu xatırladılan bəyanatda Şimali Koreyanın hədələrinə qarşı zəruri addımların atılacağı qeyd edilir.Bəyanatda, ABŞ-a aid Guam adasındakı Andersen aviabazasından qalxan təyyarələrin Şimali Koreyaya 120 km məsafədəki Osan aviabazası üzərində uçuş həyata keçirdiyi bildirilir. Təyyarələr Cənubi Koreyada yerə eniş etmədən Andersen aviabazasına qayıdıb.Xatırladaq ki, sentyabrın 9-da Şimali Koreya növbəti dəfə nüvə silahını sınaqdan keçirib. Nüvə sınağı nəticəsində Koreya yarımadasında 5.3 bal gücündə zəlzələ meydana gəlib. 10 kilotonluq gücə malik son nüvə sınağı bu günə qədər Şimali Koreya tərəfindən reallaşdırılan ən güclü nüvə sınağı hesab edilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler