Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-dan sert Türkiye açıqlamasına qardaş ölkeden cavab gecikmedi -Gerginlik davam edir

29 Ağustos 2016

2:48 pm


29/08/2016 [18:47]: xeber –
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə məsələləri üzrə şəxsi nümayəndəsi Bret Makqurkun (Brett McGurk) “İŞİD olmayan bölgədə PYD-yə müdaxilə qəbulolunmazdır” bəyanatına fikir bildirib.İstanbulda bir qrup jurnalistlə görüşən Numan Kurtulmuş bildirib:”ABŞ, Türkiyənin bu məsələdə həssas olduğunu bilir. Bizə bir söz verilib. PYD Fərat çayının qərb tərəfində olmayacaq. ABŞ-ın PYD-yə təsir göstərməsini gözləyirik. Türkiyə Suriyadan gələcək heç bir hücuma tamaşaçı qala bilməz. Bütün ərazi tək bir təşkilatın, PYD-nin əlinə keçərsə Suriya bölünər. Biz Suriyanın ərazi bütövlüyünün tərəfdarıyq”, – deyə nazir müavini qeyd edib.O, həmçinin əlavə edib ki, Türkiyəyə verilən sözlərdən biri də PYD-nin Minbici boşaltmasıdır.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler