Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-dan – DAĞIDICI PLAN

14 Ağustos 2016

9:04 am


14/08/2016 [13:01]: xeber –
Rusiya Amerika tərəfindən hazırlanan qitələrarası hipersəsli silahdan olduqca narahatdır. Silah Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) dilində “qeyri-nüvə sürətli qlobal zərbə sistemi” (Conventional Prompt Global Strike) adlanır. Silah Vaşinqtona birinci nüvə zərbəsinə qaçmadan Moskvanı tərksilah etməyə imkan verəcək. Eyni zamanda, ruslar şəxsi strateji hipersəsli silahını yaradırlar. Bu fikirlər ABŞ-ın “The National İnterest” nəşrinin hərbi məsələlər üzrə redaktoru Deyv Majumbarın məqaləsində yer alıb. Qeyd edilir ki, Moskvanın Karnegi Mərkəzində hərbi ekspert işləyən Vladimir Dvorkin məruzəsində qitələrarası hipersəsli silahının xüsusi həyəcana səbəb olduğunu yazıb: “Məsələn, bir çox Rusiya rəhbərləri və mütəxəssislər güman edirlər ki, hipersəsli silah qlobal zərbə konsepsiyasının effektivliyini ciddi şəkildə yüksəldəcək və Vaşinqtona Rusiyanın strateji nüvə güclərinı silahsızlaşdıran qeyri-nüvə zərbəsini vurmaq imkanı verəcək”. ABŞ-ın Rusiyanın üzərində nüvə üstünlüyünə nail olmaq cəhdləri haqqında Kremlin qorxuları yeni deyil. Deyv Majumbar qeyd edir ki, əslində, “soyuq müharibə” daha sürətli bitə bilirdi, əgər sovet rəhbəri Mixail Qorbaçov prezident Ronald Reyqanın Strateji Müdafiə Təşəbbüsünə (SOİ– “Ulduz müharibələri” adlanan kosmosda raketdən müdafiə planı) qarşı etiraz etməyə başlamasaydı: “1986-cı ilin oktyabrında İslandiyada keçirilən sammitdə iki lider demək olar ki, nüvə silahının aradan qaldırılması haqqında razılaşdılar, amma Strateji müdafiə təşəbbüsü əngəl daşı oldu”. “Reykyavikdə nüvəsiz dünya ilə bağlı mənim ümidlərim qısa müddətə uçdu”, – 1990-cı ildə Reyqan yada salırdı. Müəllifin fikrincə, Qorbaçov sadəcə inanmırdı ki, ABŞ Reyqanın təklif etdiyi kimi SOİ texnologiyalarını Sovet İttifaqı ilə bölüşəcək. 1987-1991-ci illərdə ABŞ-ın SSRİ-də səfiri olmuş Cek Metlok yada salırdı ki, SSRİ rəhbəri Reyqana “Bağışlayın, cənab prezident, Strateji Müdafiə Təşəbbüsündən birgə istifadə haqqında sizin ideyanızı ciddi olaraq qəbul edə bilmirəm. Siz bizə qazma avadanlığı və dəzgahlar vermək istəmirsiniz. Gəlin, realist və praqmatik olaq” deyib. Əslində, Dvorkin məruzəsində göstərir ki, Sovet İttifaqı SOİ proqramına cavab olaraq 1983-cü ildə hipersəsli silahı hazırlamağa başlayıb. Metlok isə bildirir ki, sovet hərbi komandanlığı SOİ-ni texniki olaraq icrası mümkün olmayan konsepsiya hesab edirdi. “SSRİ SOİ-yə bir sıra simmetrik və asimmetrik addımlarla cavab verdi. Onların arasında “Albatros” raket sistemi də var idi. Sonrakı nəşrlərdə onu “Layihə 4202” adlandırırdılar”, – Dvorkin yazıb. Bundan başqa, Dvorkinin məruzəsindən göründüyü kimi, “Albatros”un yaradılması üzrə sovet proqramı Sovet İttifaqının dağılması ilə başa çatdırılmadı və bu günə kimi davam edir. Dvorkində olan informasiyaya əsasən, “Albatros” raketinin ilk uçuş sınaqları 1991-1992-ci illərdə olub. Əlavə yoxlamalar 2001 və 2004-cü illərdə həyata keçirilirdi. Dvorkinin sözlərinə görə, ABŞ-ın hipersəsli silahı haqqında Rusiya qorxuları əsassızdır: “ABŞ-dan bəzi rəsmi şəxslər iddia edir ki, qeyri-nüvə sürətli qlobal zərbə silahı tez yeri dəyişdirən əhəmiyyətli hədəflərə qarşı tuşlanıb. Görünür, Birləşmiş Ştatlar öz hipersəsli silahını yerini tez dəyişdirməyə qadir xüsusilə təhlükəli hədəflərə tətbiq etmək fikrindədir. Birləşmiş Ştatlar (sağlamdüşüncəli prezident dövründə) çətin ki, Kreml rəhbərliyinı başsız qoyan zərbəni vurmağa çalışacaqlar. Belə zərbə mərkəzi komandanlığı sıradan çıxaracaq, nüvə silahının strateji və operativ sistemlərinin böyük miqdarı nəzarətsiz qalacaq. İkincisi, sovet strateji nüvə güclərinin ehtiyatı yüksək yaşamaq qabiliyyətinə malik idi və buna görə də cavab zərbəsi hər halda vurula bilərdi. Bu səbəblərə görə ABŞ-ın ali komandanlığı Rusiyaya hipersəsli silahla zərbələr vurmağı planlaşdırmır”. Dvorkinin fikrincə, hipersəsli silahı çətin ki, Rusiya və ya Amerikanın nüvə potensialı üçün təhlükə təqdim edir. Ancaq Dvorkin güman edir ki, Vaşinqton, Moskva və Pekin bir-biri ilə onun hazırlanması məsələləri üzrə məsləhətləşməlidir. “Rusiya, ABŞ və Çinin iştirakı ilə hipersəsli silahı üzrə üçtərəfli konsultasiyalar çox faydalı ola bilər”, – o, hesab edir. /Publika.az /


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler