Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-da prezidentliye namizedlerin sağlamlığı ile bağlı qalmaqal…- FOTO

30 Ağustos 2016

7:08 pm


30/08/2016 [23:05]: xeber –
Demokratik ölkələrdə ölkənin birinci şəxsi olmaq asan deyil. Namizədlər seçkiqabağı proqramları, geniş kütlə qarşısında çıxışları, debatlarda göstərdikləri qabiliyyətləri ilə seçicilərin gözlərinə girməyi bacarmalı və onların inamını fəth etməlidirlər.Bununla bərabər seçki öncəsində namizəd şəxslərin şəxsi keyfiyyətləri də ön plana çıxır. Onların şəxsi, ailə həyatları ictimaiyyət tərəfindən diqqətlə təqib edilir, atdıqları hər addım, söylədikləri hər söz, etdikləri hər davranış media tərəfindən böyük müzakirə mövzusuna çevrilir.Bu mənada namizədlərin şəxsi sağlamlığı da seçicilərin gözündə ön plana keçir. Təbii ki, bütün bu məsələlər dünyanın ən qüdrətli dövlətinin, ABŞ-ın 1-ci adamı olmaq uğrunda gedən rəqabətdə xüsusilə aktuallıq kəsb edir.Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da noyabr ayında baş tutacaq prezident seçkilərində şəxsi sağlamlıq problemi Hillari Klinton və Donald Tramp arasında qızğın müzakirə mövzusudur.Məsələn bu yaxınlarda  Donald Trampın sağlamlığı haqqında verilən həkim rəyinin yalan olduğu ortaya çıxıb. Qeyd olunur ki, Tramp “ABŞ tarixinin ən sağlam namizədi” kimi təqdim olunurdu. Bu, Trampa qarşı hər addımda hücum edən H.Klintonun tərəfdarlarının əlinə yeni fürsət verib.Qəzetlər yazır ki, avqustun 29-da Donald Trampın sağlamlığı barədə rəyi imzalayan Harold Bronstin adlı həkim elə həmin gün NBC kanalında çıxış edib. Qeyd olunur ki, həkim rəyində Trampın olduqca sağlam olduğu yazılıbmış.Lakin Bronstin televiziya ekranında bu rəyi cəmi 5 dəqiqəyə hazırladığını və Trampın sağlamlığı barədə heç bir faktı yoxlamadığını bildirib.Həkim bunu Trampın limuzininin onu bayırda gözləməsi, respublikaçı namizədin isə müayinəyə vaxt itirmək istəməməsi ilə izah edib. Həkimin sözlərinə görə, Tramp hesabatda görmək istədiyi bütün cümlələri özü diktə edib.Donald Trampın əsas rəqibi Hillari Klinton isə bu hadisəyə görə sosial şəbəkələrdə respublikaçı namizədi lağa qoyub.“Hələ ABŞ tarixində  bu qədər yaşlı namizədlərin yarışdığı seçki olmayıb” deyə Nyu-York qəzeti yazıb. Trampın 70, onun rəqibi Hillari Klintonun isə 68 yaşı var. Buna rəğmən mətbuat namizədlərin seçki öncəsi sağlamlığı ilə bağlı sensasiya xarakteri daşıyacaq xəbərləri vermək məsələsində ehtiyat edir.Rusiyanın “Gazeta.ru” internet qəzetinin xəbərinə görə, bu yaxında ABŞ-ın “Huffington post” qəzeti Hillari Klintonun səhhətinin yerində olmadığı barədə informasiya verən  jurnalist Devid Simanı işdən qovub. Onun məqaləsi saytda bloklanıb.Klintonun sağlamlıq vəziyyəti barədə ilk hay-küyü Trampın tərəfdarları salıb. Buna əsas səbəb avqustun 7-də dərc olunan fotoşəkil olub. Həmin kadrlarda Klintonun pilləkənlərdən yıxılmaq üzrə olduğu, yalnız köməkçilərinin sayəsində ayaqda qaldığı görünüb.Keçən həftə isə Tramp Klintonu öz tibbi kartını dərc etməyə çağırıb. Keçmiş dövlət katibi rəqibinin bu çağırşına cavab verməyib. Əvəzində isı o, ABC telekanalında “Jimmy, Jimmy, live” adlı şouda içində turşuya qoyulmuş xiyarlar olan bir bankanın qapağını özü açıb. Klinton bununla sağlamlığının yerində olduğunu göstərmək istəyib.Mətbuat qeyd edir ki, Klintonun 2012-ci ildə səhhəti ilə bağlı həqiqətən ciddi problemi olub. Həmin il o, yıxılıb və beyni silkələnib. Klinton 2015-ci ildə dərc etdiyi tibbi hesabatında həmin hadisədən sonra tam özünə gəldiyini bəyan edib.Qeyd edək ki, ABŞ prezidentlərinin sağlam həyat tərzi ilə bağlı tələblər yalnız XX-əsrin 2-ci yarısından sonra aktuallığa minib. Bu dövrə qədər isə ABŞ-ı əlil arabasında idarə edən prezidentə də rast gəlmək mümkündür. Amerika tarixində 4 dəfə prezident seçilməyi bacaran yeganə prezident Franklin Delano Ruzvelt öz hakimiyyətinin böyük bölümünü əlil arabasına məhkum vəziyyətdə keçirib.Gələk, ABŞ demokratiyasının antoqonisti sayılan Rusiyaya… Bu ölkə həmişə rəhbərlərinin “ölənə qədər hakimiyyətdə qalmaq” prinsipindən əziyyət çəkib. Rəhbərin xəstə və yarımcan vəziyyətdə olması belə, bu durumu dəyişməyib.Ən azından Sov.İKP-nin 1-ci katibi Leonid Brejnevin o dövrün lətifələrində gülüş obyektinə çevrilən hərəkətlərini yada salmaq kifayətdir. Ondan sonra gələn Andropov və Çernenko da səhhətləri yol vermədiyi halda ölkə rəhbərliyinə gəlmək iştahından vaz keçməmişdilər. Lakin hər ikisinin hakimiyyət dövrü heç bir ili keçmədi.Doğrudur, SSRİ-nin dağılması onların yerinə gələn “gənc” (54 yaşlı) Qorbaçovun vaxtına düşdü. Qorbaçovu əvəz edən Yeltsin də öz hakimiyyətinin son illərində ağır xəstəlikdən əziyyət çəkirdi.Rusiya üçün adi hal sayılan belə vəziyyət son iki prezdentin (Putin və Medvedev) dövründə hələ ki, müşahidə edilmir. Lakin hakimiyyətdən doymazlıq xəstəliyi Putindən də yan keçməyib.Əgər Putin 2018-ci ildə də prezident seçilsə, prezidentlik müddətinin sonunda onun 70 yaşı olacaq ki, bu da Rusiyada dövlət məmurları üçün ən yuxarı yaş həddi hesab edilir. Buna görə də Rusiyada 2013-cü ildə qanuna müvafiq düzəlişlər edilib.Putin özü isə sanki bu deyilənlərə cavab qismində sovet dövrünün qocalmış rəhbərlərindən fərqli olaraq, daha intensiv işlədiyini qeyd edir. “Baş katiblər nə fiziki, nə də siyasi göstəricilərinə görə ölkəni idarə edə bilməzdilər” deyə o, Rusiya telekanallarından birinə verdiyi müsahibədə bildirib.Hər halda Rusiya Rusiyadır, bu ölkənin tarixi isə analoq və təkrarlarla doludur…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler