Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-da mehkeme binasına silahlı hücum: 2 ölü

12 Temmuz 2016

8:52 am


12/07/2016 [12:50]: xeber –
Hadisəni törədən şəxs polis tərəfindən zərərləşdirilib.Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında məhkəmə binasına silahlı hücum olub. ANS PRESS-in məlumatına görə, Sent- Josef şəhərindəki insident zamanı 2 məhkəmə işçisi öldürülüb, daha bir nəfər isə (polis əməkdaşı) yaralanıb. Məlumata görə, basqını törədən şəxs artıq öldürülüb. Miçiqan əyalət polisi “The Berrien” bölgə məhkəmə binasının hücumdan sonra bağlandığını bildirib.Yerli mətbuat 3 nəfərin öldüyünü yazıb.Verilən ilk açıqlamada şübhəlinin həbsxanaya aparılarkən polislərdən birinin silahını ələ keçirərək ətrafa atəş açdığı bildirilib.Hadisəni törədən şəxsin 44 yaşlı Larri Qordon olduğu məlum olub.İnsident bir neçə cinayətdə təqsirli bilinən 44 yaşlı kişi mühafizəçiləri öldürüb qaçmaq istəyəkən baş verib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler