Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-da hicablı qadına yumurtalı hücum

13 Temmuz 2016

4:56 am


13/07/2016 [08:52]: xeber –
ABŞ-ın Alameda şəhərində alış-veriş edən bir qadına “hicablı olduğu səbəbiylə” ətrafdakı bəzi şəxslər tərəfindən yumurta atıldığı iddia edilib.sayt xəbər verir ki, Kaliforniya ştatının Alameda şəhərindəki Hayvard Çabot Cəmiyyətinə məxsus liseyin şagirdi Farad Afşar, əvvəlki gün alış-veriş edərkən anasına bir qrup kişinin çox sayda yumurta atdığını bildirib.Sosial media hesabından, anasının başında və bədənində yumurta parçalarının olduğu bir kadrı paylaşan Afşar, təcavüzkarların anasına “hicablı olduğu səbəbiylə” yumurta atdıqlarını ifadə edib.”Anam, dünyada görə biləcəyiniz ən yaxşı ürəkli, müşfiq və fədakar insandır. Bu dünyadakı nifrətin ölçülərini izah edəcək söz tapa bilmirəm” ifadələrini istifadə edən Afşar, anasına və yanında olan hicablı qız qardaşına edilən hücumun “hicab səbəbiylə” edildiyini dilə gətirib.Anasına edilən hücumla əlaqədar fotoşəkili ictimai mediada paylaşan Afşara çoxlu sayda dəstək mesajı gələrkən, facebookda iştirak edən “Muslims of America” adlı hesab da hadisəni İslamofobiya çərçivəsində gündəmə gətirib.Məsələni yaxından təqib etdiklərini bildirən Amerika-İslam Əlaqələri Şurası səlahiyyətliləri də lazım olan addımların atılacağını bildiriblər.Aparılmış araşdırmalar, keçən il əvvəl Paris, sonra Kaliforniyanın San-Bernardino və bu il iyun ayında Floridanın Orlando şəhərlərində yaşanan terror hücumlarının ardından ABŞ daxilində İslamofobiyanın yüksəlişdə olduğunu ortaya qoyur.Amerika-İslam Əlaqələri Şurasının bir neçə həftə əvvəl yayımladığı İslamofobiya araşdırması amerikalıların əhəmiyyətli bir hissəsinin İslam haqqında hələ çox az məlumata sahib olduğunu və İslamı “şiddətə meylli bir din” olaraq gördüyünü ortaya qoymuşdu.Elşən Yəhyayev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler