Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-da ehtiyatların azalmasına baxmayaraq neft ucuzlaşıb

08 Ekim 2016

6:16 am


08/10/2016 [10:13]: xeber –
Dünya bazarında neft ucuzlaşıb.  Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar azalaraq 49,81 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 51,93 dollar olub. Maraqlıdır ki, ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının azalması ilə bağlı məlumatı da neftin ucuzlaşmasının qarşısını ala bilməyib. Belə ki, sentyabrın 30-na olan məlumata görə, ABŞ-da neft ehtiyatları gözlənilmədən 3 mln. barel və ya 0,6% azalaraq 499,7 mln. barelə düşüb. Halbuki, analitiklər 2,56 mln. barel həcmində artım proqnozlaşdırmışdı. Bununla da, artıq 5-ci  həftədir ki, ABŞ-da neft ehtiyatları azalır. Qeyd edək ki, həftə ərzində bu ölkədə gündəlik neft istehsalı 0,35% və ya 30 min barel azalaraq 8,467 mln. barel təşkil edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler