Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ABŞ artıq Gülen kartından istifade etdi, bundan sonra…”

30 Temmuz 2016

12:00 pm


30/07/2016 [15:56]: xeber –

Türkiyədə 15
iyulda baş verən dövlət çevrilişinə cəhdin qarşısı alınsa da, ölkədə vəziyyət hələ
də gərgin olaraq qalmaqdadır. Bundan sonra baş verə biləcək hər hansı bir hadisənin
qarşısını almaq məqsədilə insanlar gecə-gündüz küçə və meydanlarda keşik çəkirlər.
Dövlət çevrilişə cəhd edənlərin həbs olunması, ümumiyyətlə FETO-çuların müəyyən
edilməsi istiqamətində köklü işlər həyata keçirir. Dövlət müəssisələrində kütləvi
şəkildə ixtisarlar edilir, ali məktəblər, təhsil müəssisələri, kütləvi
informasiya vasitələri bağlanır, rekord sayda həbslər qeydə alınıb.

Maraqlıdır,
bu həbslər, ixtisarlar, ali məktəblərin bağlanması nə qədər doğrudur və zamana qədər
davam edəcək? Türk ordusundakı həbslər Türkiyənin NATO-dan kənarlaşdırılması ilə
nəticələnə bilərmi? ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcəkmi?

Türkiyənin
Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, ermənişünas alim, professor
Qafar Çaxmaqlı sayta açıqlamasında bu və ya digər suallarımıza
aydınlıq gətirib.

Q.Çaxmaqlı
ilk əvvəl qardaş ölkədə baş verən çevrilişə cəhd hadisəsini analiz edib:

“Orada
olduğumuza görə, dediyimiz hər sözün Türkiyənin daxili işlərinə qarışmaq kimi
hesab olunar deyə, çox zaman baş verən hər hansı bir hadisəyə münasibət bildirməkdən
qaçırıq. Amma Türkiyə bizim üçün doğmadır, Azərbaycanla da fərq qoymadığımıza
görə, düşünürəm ki, münasibət bildirməyimiz yanlış anlaşılmaz.

Türkiyədə
gerçəkdən bir çevrilişə cəhd edildi. Bu məsələ çoxdan Türkiyənin gündəmində
idi, dövlətin içinə sızmış adamlar vardı. O adamlar başqalarının tapşırıqlarını
yerinə yetirirdilər və bununla da uzun zaman Türkiyəyə zərər verən bir fəaliyyətdəydilər.
Bu fəaliyyət də ona gətirib çıxartdı ki, çevrilişə cəhd oldu. Yaxşı ki,
çevriliş baş tutmadı. Çevriliş baş 
tutsaydı, Türkiyəni çox böyük faciələr gözləyə bilərdi. Bəlkə də həmin
adamların bu çevrilişi gerçəkləşdirmək fikri yox idi. Amma onların əsas məqsədləri
ondan ibarət idi ki, Türkiyə qarışsın, Türkiyə Suriyaya, digər ərəb ölkələrinə
çevrilsin, Türkiyədə vətəndaş müharibəsi baş versin. İndi insanlar arasında müəyyən
qədər düşmənçilik elementləri ortadadır. Ancaq Türk xalqı yetkin xalq olduğuna
görə buna getmədi və bunun qarşısını aldı. bir epizodu yadınıza salmaq istəyirəm,
Boğaziçi körpüsündə əsgərlər dayanmışdı deyə insanlar onlara sayqı duyurdular. Türkiyədə
ümumiyyətlə insanların əsgərə böyük bir sayqısı var. Əsgərlərin arasına belə
insanların sızmasını açığı mən də gözləmirdim. Allaha şükür ki, Türkiyə bu
çevriliş cəhdindən qurtuldu.

Orada yabançı
olduğumuza görə, hadisələrlə bağlı daha da dərindən, detaylı fikir söyləməyimiz
bir qədər doğru olmaz”.

Professor
daha sonra Türkiyə ordusunun zəifləməsi ilə bağlı deyilənlərə münasibət
bildirib:

“Türkiyədə əsgəri
nüfuzdan salma prosesləri indinin işi deyil. Ergenekon, Balyoz məsələləri
zamanından Türkiyədə ordunun rolunu azaltmaq istəyirdilər. Çünki ordu varsa,
Türk var, ordu yoxsa, Türk yoxdur. Türkiyə həmişə ordusuyla böyük olub, yenə də
ordusuyla böyükdür. Amma nə qədər olmasa da ordunun içinə bu təxribatı salanlar
ordunu nüfuzdan salmağa çalışırdılar. Ordunun rolunu əlindən almaq istəyirdilər.
Buna müəyyən dərəcədə nail oldular. Amma yenə deyirəm, Türk xalqı müdrik
xalqdır, yenə də əsgəri onun qoruyucusudur və hər zaman əsgərinə güvəni tamdır”.

Q.Çaxmaqlı
Gülənin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı sualımızı da cavablandırıb:

“Məncə, ABŞ Fətullah
Güləni Türkiyəyə ekstradisiya edəcək. Çünki ABŞ artıq Gülən kartından istifadə
etdi. Necə ki, müəyyən zaman Ben Ladendən istifadə edib buraxdı. İndi Gülənlə
bağlı da bütün planlarını yerinə yetirib, çevrilişə qədər gətirib çıxarıb və
bundan sonrası yoxdur. Buna görə ABŞ Gülən məsələsini gündəmdən çıxarmaq üçün,
öz başını ağrıtmamaq üçün Güləni Türkiyəyə verəcək. Verməməsinə də səbəb
yoxdur. Bu adamın bu işlərdə əli var, sübutlar var. Bu zaman ABŞ-a sual olunur
ki, nəyə görə onu himayə edirsən, belə çıxır ki, bu məsələnin arxasında sən dayanmısan?
Buna görə də Amerika bu işin arxasında özünün olduğunu göstərməmək üçün Güləni
verəcək.

Amma Güləni
edam etməyəcəklər, ondan sonra hadisələrdən ağıllı başla nəticələr çıxarıb, o
istiqamətdə hərəkət edəcəklər. İndi Türkiyədə isti başla bir qədər çılğın hərəkətlər
edilir. Nə qədər insan həbs edilir və mən hesab edirəm ki, o insanların çoxu
günahsızdır, bəziləri sadəcə əmr quludur. Müəyyən zamandan sonra bunlarla bağlı
bir əfv qərarı da çıxa bilər. Yəni Türkiyə bu fəlakətdən qurtulmalıdır”.

 

Professor
daha sonra vurğulayıb ki, Türkiyədə təhlükə sovuşmayıb:

“Ancaq bir
daha çevrilişə cəhd ola bilməz. Türkiyədə dövlət başçılarına qarşı sui-qəsdlər
ola bilər, Türkiyəni qarışdırmaq üçün başqa hərəkətlərə yol verə bilərlər. Müəyyən
yerləri, silah fabrikasını partlada bilərlər və s. Türkiyədə xalqı da bunu
bilir və növbət sistemiylə gecə-gündüz küçə və meydanlardadır. Təhlükə tamamilə
aradan qaldırılana qədər bu proseslər davam etdiriləcək. Əvvəldə də qeyd etdim
ki, Türk xalqı yetkin xalqdır, bu məsələləri siyasi cəhətdən də düzgün analiz
edə bilirlər. İndiki halda da çevrilişə qarşı hər kəs yumruq kimi birləşdi, hətta
müxalifət belə hakimiyyətin yanında oldu”.

 

Rumiyyə
MİRASLAN

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler