Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Abituriyentlerde stressi çox zaman valideynler özü yaradır”

14 Temmuz 2016

3:36 pm


14/07/2016 [19:32]: xeber –
Sabah artıq I və IV qrup üzrə hazırlaşan abituriyentlər imtahan verəcəklər. İmtahan zamanı həyəcan, stress çox vaxt təmiz beyinlə verilənləri həll etməyə mane olur. Qəbul üçün bal toplaya bilməyən abituriyentlərin bəzisi özünü ittiham etmək hissinə qapanır. Sonradan baş verən bu hisslər hansı fəsadlara aparır və ümumiyyətlə imtahan vaxtı yaşanılan həyəcan, stressin nəticəsi nə ola bilər sualına psixoloq Səbinə Bayramova fikir bildirib:”İmtahan stressi abituriyentlərdə fiziki olaraq tərləmə, yorğunluq, qarın, baş ağrısı, yuxusuzluq, iştahsızlıq və ya tam əksi, həddən artıq iştah, baş gicəllənməsi, ürək bulantısı, qusma, əzələlərdə gərginlik hissi və dişləri sıxma kimi hallarla yanaşı psixoloji hallar da yaşanır. Məsələn, unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünə qapanma kimi hallar və s. Bəzən abituriyentlər imtahana hazırlaşdıqları üçün əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi hesab edirlər. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar çünki bu beynin dincəlməsinə yardım edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirlərsə, günlük qrafik qurmaq və ya müntəzəm olaraq psixoloq dəstəyi alması tövsiyə olunur. Bəslənməyə qidalanmaya xüsusi diqqət ayırmalıdırlar və imtahan vaxtına az qalmış vərdiş etmədikləri yeməkləri yeməməlidirlər. İmtahandan əvvəlki gün isə mədəni boş buraxmamalı, mütləq şəkildə yüngül də olsa bir şeylər yemək lazımdır. Eyni zamanda imtahandan əvvəlki gün nə erkən, nə də gec yatmaq olmaz. Normalda neçə saat yuxu kifayət edirdisə, elə o qədər də yatmaq tövsiyə olunur. İmtahan verilecek vaxt və məkan bəlli olduqdan sonra gedib o məkanı öncədən görmək abituriyentləri sakitləşdirə bilir. İmtahan otağına daxil olub əyləşdikdən sonra otağın aurasını mənimsəmək abituriyentlərin daha da sakitləşməsi üçün önəmlidir. İmtahan zamanı hansısa sualda çətinlik çəkərlərsə, imtahandan əvvəl üçün peşmançılıq hissi keçirmək və ya imtahan sonrasına üzülmək heç də məqsədəuyğun deyildir, yəni bunun abituriyentə heç bir faydası olmayacaqdır, diqqətinin dağılmasına səbəb olacaqdır. Müsbətə köklənmək üçün ilk olaraq, ən yaxşı bildiyi fənnin suallarından başlaması tövsiyə olunur. Abituriyentlərdə stressi çox zaman valideynlər özü yaradır, onlara dəstək olmaq əvəzinə imtahandan keçməzsə və ya düşündükləri balı toplamazsa müxtəlif cəzalar tədbiq edəcəkləri ilə bağlı hədə-qorxu gəlirlər. Bu isə onsuz da stressli olan abituriyenti daha da stressə, qorxuya düçar edir və imtahan nəticəsi uğursuz olduqda ailədən soyuma, özünüqiymətləndirmənin və özgüvənin aşağı düşməsi, özünə qapanma, ən pis halda isə intihar etmə və s. ilə nəticələnir. Bu səbəblərdən dolayı abituriyentlərin qəbul imtahanına ən az 3 ay qalmış mütəmadi olaraq psixoloq dəstəyi alması da çox önəmlidir. Abituriyentlərə isə demək istərdim ki, həyatınız boyu veriləcək bir çox imtahan var və bu həyatınızın sonu deyil! Həyatınız öz əlinizdədir və unutmayın, həyat davam edir.NLP ustası Babək Bayramov da bu mövzu barədə öz fikirlərini bizimlə bölüşüb:”İmtahan stressinin səbəbi universitetə qəbul oluna bilməmə qorxusudur. Bu qorxu yox olarsa, stress də aradan qalxar. Abituriyentlər orta məktəbin son illəri dövründə ətrafdakı insanlar, xüsusilə valideynlər tərəfindən qorxudulurlar. Əslində onlar bunu yaxşı niyyətlə edirlər. Onları məqsədi abituriyentin imtahana daha məsuliyyətlə hazırlaşmalarıdır. “Bizi biabır eləmə; Filankəsin uşağı girdi, sən girməsən gərək adam arasına çıxmayaq; Bu qədər xərc çəkmişəm, sənə yaxşı müəllimlər tutmuşam, zəhməti hədər eləmə; Bizi düşünmürsən, heç olmazsa öz gələcəyini düşün; Qəbul olmasan fəhlə işləyəcəksən; Sənə demişdim axı….”, kimi təlqinlər abuturiyentin əsas düşüncələrinə, daxili disloquna çevrilir. Nəticədə bu “zehni canavarlar ” hər gün onları zəiflədir və hazırlıq prossesinə olduqca mənfi təsir edir. Aydın zəka və özünə inamla sualların cavabını düşünmək əvəzinə, “Birdən alınmarsa, birdən qəbul ola bilmərəmsə və s. “, kimi fikirlərlə imtahan salonuna daxil olan abituriyentin sinir sistemi onu gücsüzləşdirəcək formada işləyir və o, aşağı məhsuldarlıq göstərir. Əslində isə, necə deyərələr: “Qorxunun əcələ faydası yoxdu! ” Belə halların aradan qaldırılması çox asandır, cəmi bir neçə saatlıq koçluq çalışması ilə abituriyentin özünə güvənini yüksəltmək, qorxunu tamamilə silmək mümkündür. Bu az qala hər gün gördüyümüz işdir. Çünki imtahan qorxusu, illuziyadan, adi şərtləndirmədən başqa bir şey deyil. Lakin, bu üsullarla nə valideynlər, nə də abituriyentlər tanış deyillər. Ona görə də onlar, belə hallarda tələbələrə deyil, “qurbanlara ” çevrilirlər. İmtahan günü yaxınlaşanda ətrafdakılar onların qorxusunu fərq edərək, ” Həyəcanlanma, sualları fikirləş, qorxma…”, kimi sözlərlə onun stressini daha da artırmış olurlar. Çünki, “çəhrayı filləri düşünmə ” , dedikdə insan məhz çəhrayı filləri düşünür. Beyin “-ma, -mə ” şəkilçilərini qəbul etmir. Bəzən abituriyent imtahandan qorxmağın lazım olmadığını şüurlu olaraq dərk etsə də, özünü heç cür ələ ala bilmir. Çünki, imtahan qorxusu məntiqi problem deyil, emissional şərtləndirmədir. Valideynlər, “sən qəbul olsan da, olmasan da biz səni sevməyə davam edəcəyik “, şəklində mesajlar verərlərsə, dahs çox işə yarayar, ancaq qorxu həddindən artıq çox və zaman azdırsa mütləq professional xidmət almalıdırlar.Bütün abituriyentlərə uğurlar arzulayırıq!Mehman Nəbiyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler