Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Abid Şerifova, Kemaleddin Heyderova, Elxan Usubova ilginc müraciet…

03 Temmuz 2016

8:36 pm


04/07/2016 [00:32]: xeber –
Tanınmış inşaat mühəndisi Rahab Qazıyev sayt vasitəsilə baş nazirin müavini Abid Şərifova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubova müraciət edib. Müraciətdə deyilir:“Hörmətli səlahiyyət sahibləri!Mətbuatdan Şəkidə baş vermiş daşqın nəticəsində Kiş çayının üzərindəki körpünün uçması səbəbindən həmvətənlərimin çıxılmaz durumda qalması barədə eşitdiyim xəbər məni xeyli narahat etdi. Heç kimə sirr deyil ki, son onilliklərdə Kiş çayı dəfələrlə daşaraq bəndi-bərəni dağıdıb, ətraf kəndlərə xeyli zərər vurub. Etiraf edilməlidir ki, son illər çayın məcrasına qaytarılması və daşqın zamanı əhaliyə, ekologiyaya ciddi zərər yetirməməsi üçün dövlət səviyyəsində xeyli işlər görülüb, kilometrlərlə bəndvurma işləri aparılıb. Amma dünyada yaşanan ekoloji kataklizmlər səbəbindən təbii fəlakətlər durmadan artır və hər il daşqınlar daha çox fəasdlar törədir. İndi isə artıq Kiş əhalisinin ətraf aləmlə əlaqəsi kəsilib və insanlar ilin – günün bu vaxtında xeyli məhrumiyyətlərə sinə gərmək zorunda qalıblar. Yayılan xəbərlərdə deyilir ki, sel yüzlərlə metr qaz borularını yuyub aparıb, işıq dirəkləri və məftillər sıradan çıxıb, ən əsası isə Kiş çayı üzərindəki körpü yarasız hala düşüb. Təbii ki, dövlət Şəki camaatını taleyin ümidinə buraxmayacaq və tezliklə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqmətində lazımi işlər görülməsinə başlanılacaq. Odur ki, yuxarıda adıçəkilən məmurlara səslənərək bildirirəm ki, bir mütəxəssis kimi həmin körpünün tikintisinə və daşqının fəsadlarının aradan qaldırılması istiqamətində görüləcək bütün işlərdə tam təmənnasız işləməyə və doğma vətənimin bir parçası olan Şəkinin gələcək illərdə selə sinə gərməsi üçün öz töhfəmi verməyə hazıram. Ümid edirəm ki, Sizlər mənim müraciətimin səmimiliyinə və içimdəki yanğıya inanırsınız. Bu işlərdə bir mütəxəssis kimi nəyə qadir olduğumu həmyerlim Abid Şərifov hələ sovetlər dönəmindən bilir. Kəmaləddin Heydərovun da təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işindəki peşəkarlığı ötən zəlzələlərin yaratdığı fəsadlar zamanı üzə çıxdı və əminəm ki, icra başçısı Elxan Usubov da mənim bu çağırışma biganə qalmayacaq, əlimdən gələn dəstəyi göstərməkdə yardımçı olacaqlar. Yeri gəlmişkən, vurğulamağı özümə borc bilirəm ki, mən və qardaşım Rəhim Qazıyev nə terrorçu deyilik, nə də hansısa beynəlxalq terrorçu təşkilatın Azərbaycandakı nümayəndəsi. Mən həyatı boyu siyasətin həndəvərinə də yaxın getməmişəm və hələ gənc yaşlarımdan ölkənin ən nüfuzlu tikinti qurumlarında rəhbər vəzifələrdə çalışaraq peşəkar mühəndis kimi özümü tanıtdıra bilmişəm, amma Rəhim Qazıyevin qardaşı olduğuma görə illər uzunu sevdiyim peşəmdən ayrı düşmüşəm. Amma nə mənim, nə qardaşımın içində heç zaman qisas hissi olmayıb və yeganə arzumuz vətənimizə xidmət etmək olub. Bu günlərdə Rəhim Qazıyevin təsadüfən ATV telekanalının efirində küçədə jurnalistin bank kreditləriylə bağlı sualını cavablandırarkən bir neçə saniyəlik görsənməsinə verilən reaksiya və sərgilənən isterikanı da nəzərə alıram, amma yenə də ümid edirəm ki, şəxsən mənim bir peşəkar mühəndis kimi Şəkidəki təbii fəlakətlə mübarizə işlərinə cəlb edilməyimə “yuxarılar”dan hər hansı qadağa xəbərdarlığı gəlməyəcək. Mənə etimad göstərənləri peşman etməyəcəyimə bəri başdan zəmanət verirəm və bir daha xüsusi olaraq vurğulayıram ki, bu işlərin qarşılığında bir manat da məvacib tələb etməyəcəm, əksinə, həmyerlilərim üçün bir işə yaradığlmın məmnuniyyəti ömrümün sonunadək ən böyük qazancım, ən unudulmaz xatirəm olacaq. Buna görə də bəri başdan hər birinizə minnətdarlığımı bildirirəm!”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler