Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Abbasqulu Necefzadenin yeni dersliyi işıq üzü gördü

10 Kasım 2016

8:32 am


10/11/2016 [12:31]: xeber –

Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli
Konservatoriyasının (AMK) profes­soru Ab­basqulu Nəcəfzadə “Etnoorqanologiya”
(Bakı, “Ekoprint”, 2016, 304 s.) adlı dərslik hazırlayıb. Kitabın elmi məsləhətçisi:
xalq artisti, pro­fes­sor Siyavuş Kərimi; elmi redaktoru: sənətşü­nas­lıq üzrə
fəlsəfə doktoru, AMK-nın professoru Fəttan Xalıqzadə; redaktorları: filologiya
üzrə elm­lər doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) və yazıçı, tərcüməçi
Rafiq Savalan (Ağa­yev); nəş­riy­ya­tın redaktoru: Qumru Şəhriyar (Quliyeva); rəyçilər:
sənətşünaslıq üzrə elmlər dok­toru, professor Səadət Abdullayeva və sənətşünaslıq
üzrə fəlsəfə doktoru, do­sent Lalə Hüsey­no­va­dır. Kitabın üz qabığında A.Nəcəfzadə
bərpa etdiyi çalğı alətlərinin fotoşəkli verilir. Burada Əbdülqadir Marağalının
icad etdiyi əlvah, qolça qopuz, yaylı qopuz, ərğənun və kos alətləri öz əksini
tapıb.  

Dərslik AMK-nın mövcud tədris proq­ramına uyğun
olaraq öl­kə­mi­zin ərazisində istifadə edilən çalğı alət­lə­rinin öyrənilməsi
üçün işlənilib. “Etnoorqa­no­lo­gi­ya” ad­lı dərslik əsasən AMK-nın tələbələri
üçün nə­­­­zər­də tu­­tul­sa da, bu əsərdən musiqi təma­yül­lü di­gər ali təhsil
ocaqlarının (BMA, ADMİU, ADPU, “Xə­zər” Uni­ver­si­teti, BXA və s.) mü­əl­limləri
və tə­ləbələri, həmçinin mu­si­qi­şü­nas­lıq, mu­­ğam­şünaslıq, folk­lorşünas­lıq,
mə­də­­niyyət və in­cə­sə­nə­­tin di­gər sa­hələ­rin­də fə­a­liy­yət gös­tə­­rən
araş­­­dır­ıcılar, ifaçı­lar da faydalana bi­lər­lər.

XXI əsrin ilk illərindən Azərbaycanın təhsil
sistemində aparılan bir sıra uğurlu islahatlar ali mək­təb­lərin bakalavr pilləsində
ol­du­ğu kimi, magistratura pilləsində də müsbət nəticələr doğurub. Bu ye­niliklər
həm dərslik­lə­rin, dərs vəsait­lə­ri­nin, həm də tədris proq­ram­larının
hazırlanmasında mü­a­sir me­tod­lardan istifadə olun­­ma­sı­nı tələb edir. Təhsil
islahat­la­rı­nın ən mühüm istiqamət­lə­rin­dən bi­ri də yeni dərsliklərin
hazırlanıb nəşr olunmasıdır. Bu sahədə gö­rülən iş­lər təqdirə­la­yiqdir. Son
illər nəşr edilən onlarca dərslik və dərs vəsaiti məzmunu, tər­ti­ba­tı, ye­ni
texnologiyalarla səs­ləş­mə­si baxımından pedaqoji ictimaiyyət tərəfindən
razılıqla qarşı­la­nır.

Təqdim edilən bu dərslik AMK-­nın “Mil­­li musiqinin tarixi və nə­­zəriyyəsi” kafedrasında hazır­lan­mışdır. Kitab AMK-da (və
digər müvafiq təhsil ocaqlarında) “Et­no­or­qa­no­lo­gi­ya” fənninin daha peşəkar
səviyyədə tədrisini təmin edən ey­ni­adlı möv­cud proq­ra­ma (tərtibçi: A.Nəcəfzadə)
uyğun ola­raq yazılıb.

Kitabda
alət­lərin poetik “arxiv”ini yaratmış Azərbaycan şair­lə­rinin – Qətran Təbrizi (1012-1088), Məhsəti Gəncəvi (1089-1183), Xaqani
Şir­va­ni (1120-1199), Ni­­zami Gən­cəvi (1141-1209), Möv­lanə Cəlaləddin Rumi (1207-1273), Əvhədi Marağalı (1274-1338), Əssar Təb­ri­zi (1325-1390),
Qa­zi Bür­ha­nəddin Sivasi (1344-1398), Mus­tafa Zərir (XIV əsr), Yusif Məd­­da­h
(XIV əsr), İmadəddin Nəsimi (1369-1417), Ca­­­han­şah Hə­qi­qi (1397-1467), Şeyx Dədə Ömər Röv­şəni
(1407-1487), Hə­bibi (1470-1520), Ne­mə­tullah Kişvəri (1445-1525), Şah
İsmayıl Xə­­­tai (1486-1524), Mə­­həmməd Füzuli (1494-1556), Fə­dai Təb­rizi
(XVI əsr), Mə­həm­məd
Əmani (1536-1610), İskəndər Münşi (1560-1629), Qöv­si Təbrizi (1568-1640), Rüknəddin
Mə­­­­sihi (1580-1656), Məhəm­məd­əli Sa­ib Təb­­rizi (1601-1676), Aşıq Valeh
(Kərbalayi Səfi Mə­həmməd oğlu, 1729-1822), Qasımbəy
Zakir (1784-1857), Se­yid Mir­həm­zə Əfəndi Ni­ga­ri (1805-1885), Aşıq Pəri
(1811-1847), Se­yid Əbülqasim Nəbati (1812-1873), Mirzə Məhəmməd Ta­ğı Qumri
(1819-1891), Mirzə Mehdi Şü­kuhi (1829-1896), Hacı Əbülhəsən Raci
(183l-1876), Seyid Əzim
Şir­vani (1835-1888), Molla Məhəmməd Zövi (1843-?), Hə­sənəli­xan Qaradaği
(1848-1929), Şəhriyar
Şirvani (1852-1915), Hüseyn Cavid (1882-1941), Cə­fər Cab­­barlı (1899-1934), Səməd Vurğun (1906-1956),
Mi­ka­yıl Müşfiq (1908-1938), Əhməd Ca­vad (1892-1937), Əliağa Va­hid
(1895-1965), Rəsul Rza (1910-1981), Hə­kim Qə­­ni (1918-2008), Məm­mədəli Sail
(1919-1983), Bəx­ti­yar Vahab­za­də (1925-2009), Cabir Novruz (1933-2002),
Tofiq Bayram (1934-1991) və baş­­qalarının şeirlərinə, eləcə də “Ki­­tabi-Dədə
Qor­qud” (VI-VII əsr­lər), “Əhməd Hə­rami” (XIII əsr), “Ko­roğ­lu” (XVI əsr)
dastan­la­rı­na istinad edi­lir.

Dərslik xeyli yeni və kifa­yət qədər dəyərli bilgilərlə,
o cüm­lə­dən çalğı alətlə­ri­nin müasir tədqi­qat üsullarını həm nəzəri, həm də
təcrübi cəhətdən əsaslandıran də­rin elmi-nəzəri faktlarla zən­gin­dir. Kitabda
əsasən Dədə Qorqud dövründə is­ti­fa­də
olunmuş
(qolça qopuz, kos, davul,
da­vul­baz, bo­­ru, zurna, dü­dük, çovqan, na­ğara) çalğı alətləri, müasir təd­risə
daxil edilən Azər­­baycan
çalğı alətləri (tar, kamança, bala­ban, saz, qanun, qaval, Azərbaycan qarmonu) və klassik şairlərimizin əsərlərində adı çəkilən
bir neçə çalğı aləti (neyin köndələn növü, ud (bərbət), ərğənun, yaylı
tənbur) geniş şəkildə öyrənilir.
Sonda bir neçə özənsəsli (idiofonlu) çalğı alətindən (əlvah, çini
kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, laqquti dəsti, zəngi-şütür, zınqırov,
qavaldaş, çaharpara, çınqıraq dəsti, qaşığek, musiqili ritm daşları, müsəlləs (üçbucaq), barmaq zili, sinc, xalxal, kaman, şaxşax) də lakonik bəhs olu­nur. Bu za­­man həmin alətlərin
ya­ranma tarixi, eti­mo­logiyası, mor­­­­­­­fo­­lo­gi­yası, istifadə yer­lə­ri,
di­­­­­apa­zo­nu və s. xüsu­siy­yətləri göz­­­­dən keçirilir, onlar haqqında hər­tə­rəf­li
elmi bil­gilər verilir. Dərs­­­lik əsasən AMK-nın “Milli musiqinin tarixi və nəzəriyyəsi” ka­fedrasının (eləcə də digər mu­­siqi təmayüllü
ali təhsil müəs­si­sə­lə­ri­nin) “Xalq çal­ğı alət­ləri ifaçı­lı­ğı” və “Solo
oxuma” ix­ti­sas­ları üzrə magistr pilləsində təh­sil alan tələbə­lər üçün nə­zər­də
tu­tu­lub. Eyni za­man­da əsərdən müvafiq istiqa­mət­də təhsil alan magis­t­rant­lar,
as­pi­rantlar, dis­ser­­tant­lar, dokto­rantlar, habelə bir sıra di­gər sahədə
çalışan başqa mütə­xəs­sislər də fay­da­­lana bilərlər.

Ümumiyyətlə,
bu kitab “Etnoorqanologiya” fənninin tədrisi üçün ali məktəb sis­­temində Azər­­­­baycan
dilin­də yazılmış ilk dərs­likdir. Əsər müvafiq ixtisas üzrə magistr pilləsində
təhsil alan ali məktəb, eləcə də bakalavr, orta ixtisas məktəblərində, kolleclərdə
təhsil alan tələbələr, həm­çinin musiqişünaslığın müxtəlif sahələ­rində çalışan
mütəxəssislər üçün kifa­yət qədər yüksək elmi və təc­rübi əhəmiyyət daşıyır.
Kitab sərbəst iqtisadiyyatın tələblərinə uy­ğun hazırlanmış bö­yük həcmli dərslik­dir.

 

Elman Eldaroğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler