Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

87 yaşlı qadının diger ayağı da kesildi

26 Haziran 2016

6:44 am


26/06/2016 [10:40]: xeber –
“İki gün əvvəl iltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Əliyevanın digər ayağı da amputasiya edilib”. sayt  xəbər verir ki, bu barədə ans press-ə ayağı kəsilən qadının qızı Sofilə Əliyeva məlumat verib. Bildirdi ki, əməliyyat səhər saat 08:10-da başlayıb və təxminən bir neçə dəqiqə əvvəl sona çatıb: “Cərrahiyyə əməliyyatını xəstəxananın baş həkimi Azər Şəmsəddinski özü elədi. Əməliyyat uğurlu keçib dedilər. Hazırda anam reanimasiya şöbəsindədir”. Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski bildirdi ki, əməliyyat uğurlu keçib: “Əməliyyat bir saatdan çox davam etdi. Heç bir qan itkisi olmadı. Tərlan xanımın ayağı budun orta hissəsindən amputasiya edildi. Hazırda reanimasiya şöbəsindədir. Səhhəti barədə hələlik nə isə demək tezdir. Ancaq hələlik hansısa problem görünmür”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler