Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

70 yaşlı Ajda Pekkana 5 il hebs 

28 Eylül 2016

9:24 am


28/09/2016 [13:21]: xeber –
Türkiyənin super starı Ajda Pekkan Tarabyadakı 1200 kvadrat metrlik ərazidə villa tikdirib. Ancaq superstar dəniz mənzərəli bu lüks villaya köçməkdən imtina edib. Villa 2009-cu ildə fabrik sahibi Edip və Güli Sakrum cütünə 3 milyon 750 min dollara satılıb. İstanbul 3 saylı Mədəniyyət Varlıqlarını Qoruma Region heyəti 2012-ci ildə villanın təsdiq layihəsinə zidd olaraq PVC pəncərədən istifadə edildiyinə, üst mərtəbədə pəncərə açıldığına və taxta balkonun şüşəylə bağlandığını müəyyən edib.  Qurum bu nöqsanların aradan qaldırılması üçün villa sahibinə 6 ay möhlət verib. Bu müddətdə villa layihəyə uyğun vəziyyətə gətirilmədiyi üçün villanın sahibi məhkəməyə verilib. Villa sahibi isə villadaki layihəyə zidd əlavələri özlərinin etmədiyini irəli sürüb. Bundan sonra prokurorluq Ajda Pekkan və villanın təmir layihəsini hazırlayan 12 adam haqqında Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa zidd tənzimləmə etmək günahından 2 ildən 5 ilə qədər həbs cəzası istəyiylə iddia qaldırıb.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler