Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

7 yaşlı Nerminin heyatı tehlükede – Leykozla savaşmaqda ona yardımçı olaq…

20 Ekim 2016

7:28 pm


20/10/2016 [23:27]: xeber –
Balaca Nərminin cəmi 7 yaşı var. Valideynləri iki ay öncə ad gününə hazırlaşırdılar. Ad günündə isə Nərmin balaya Leykoz diaqnozu qoyuldu. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri ailəyə uşagın müalicəsinin Türkiyədə mümkün olacağını dedi və ailə uşağın həyatını xilas etmək üçün qohum-əqrəbanın köməkliyi ilə qardaş ölkəyə yollandı.  Hal-hazırda Nərminin müalicəsi İstanbulun Göztepe Medikalpark  xəstəxanasında davam edir. Artıq ikinci kurs kimyaterapiya bitmişdir. Nərminin müalicəsini aparan həkimlər nəticələrin qənaətbəxş olduğunu və Nərminin sağalma şansının cox olduğunu söyləyirlər.Lakin ailə maddi sıxıntı çəkir və köməyə ehtiyacı var. Gəlin Nərmini bu uzun və məşəqqətli yolda tək qoymayaq. Müalicə məbləği külli miqdarda pul tələb edir. 55 min dollar kimyaterapiya və 120 min dollar sümük iliyinin nəqli əməliyyatı. Məbləğin bir hissəsini xeyirxah insanların köməkliyi  ilə toplanıb. Gəlin ailəyə dəstək olaq, axı biz ürəyi rəhmli və böyük ürəyə sahib xalqıq. 050-283-10-79 Fuad Həsənov (uşağın atası)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler