Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“68 milyard dollar sermaye qoyulub” – Rövneq Abdullayev

20 Eylül 2016

1:00 pm


20/09/2016 [16:57]: xeber –
SOCAR prezidenti Rövnəq Abdullayev “Neftçilər Günü” ilə əlaqədar rəsmi dövlət qəzeti “Azərbaycan”da məqalə ilə çıxış edib.sayt xəbər verir ki, R. Abdullayev yazıda qeyd edib ki, hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. Eyni zamanda SOCAR-ın təsisçilyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir.R. Abdullayev 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulduğunu qeyd edib: “Bu illərdə Azərbaycanın xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilməsi mühüm nailiyyətlərdən biridir”.SOCAR-ın Türkiyə fəaliyyətindən yazan şirkət prezidenti bu ölkədə ən böyük aktivin olan Petkim Petrokimya Holdinqinin timsalında göründüyünü qeyd edib: “2015-ci ildə təxminən 40 ölkəyə 485 milyon dollarlıq ixracat reallaşdıran və 210 milyon dollar həcmində xalis gəlir əldə edən bu nəhəng şirkət cari ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət gəlirlərini 235 faiz artırıb. Qeyd edim ki, bizim Türkiyədəki biznesimiz dünya maliyyə institutları tərəfindən maraqla izlənir və yüksək qiymətləndirilir.2015-ci ildə “SOCAR Turkey Enerji A.Ş.”nin 13 faizlik səhmlərinin “Goldman Sachs” və “JP Morgan” tərəfindən 1,3 milyard dollar qiymətinə alınması da öz özlüyündə bu aktivlərin dəyər artımından xəbər verir”.R. Abdullayev neftçilərin sosial-məişət məsələləri haqda da yazıb: “SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında yaşayış mənzilləri ilə təmin edən yeganə şirkətdir. Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub.Hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler