Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

56 yaşlı qadın normal yolla hamile qaldı – tibb alemi qarışdı

01 Eylül 2016

2:20 pm


01/09/2016 [18:18]: xeber –
Türkiyənin 56 yaşlı müğənnisi Kibariyənin İzmirdə konseti zamanı 3 aylıq hamilə olduğunu açıqlaması tibb aləmində təəccüblə qarşılanıb. Mütəxəssislər müğənninin başqasından yumurta nəqli ilə, ya da daha əvvəl öz yumurtasını dondurmaqla hamilə qaldığını düşünürlər. İlk dəfə 40 yaşında ana olan və qızı Birgülü dünyaya gətirən Kibariyyənin bu hamiləliyi də o zaman olduğu kimi yenidən müzakirələrə səbəb olub. Çünki o zaman da 40 yaşında hamilə qalmağın mümkün olub-olmaması ilə bağlı mübahisələr yaranmışdı. Ancaq Kibariyədən başqa dünya ulduzları Jennifer Lopez, Halla Berri kimi məşhurlar da 40 yaşlarında hamilə qalmışdılar. Müğənni Janet Jackson da 49 yaşında hamilə qaldığını açıqlamışdı. Bu dəfə Kibariyyənin hamiləliyi ilə yanaşı bu yaşda hamilə qalmağın bir möcüzəmi olduğumu, yoxsa tibbi yolla hamilə qaldığımı müzakirə edilməyə başlayıb.  Mütəxəssislər isə 56 yaşında normal yolla hamilə qalmağın mümkünsüzlüyünü vurğulayır və Kibariyyənin başqasından yumurta nəqli ilə, ya da daha öncə dondurulmuş yumurtasından hamilə qaldığını iddia edirlər. Kibariyyə isə hamiləliyi ilə bağlı heç bir açıqlama verməyib.Mütəxəssislər onu da bildirirlər ki, qadın normal yolla hamilə qalması ancaq 48 yaşına qədər mümkün olar. O yaşdan sonra isə əvvəlcədən dondurulmuş yumurtadan istifadə edilə bilər. Ancaq bu zaman daha bir sual ortaya çıxır, əgər Kibariyyə illər əvvəl yumurtalarını dondurmuşdusa, 56 yaşına qədər niyə gözləyirdi? Ümumiyyətlə 14 il heç yumurta dondurma deyilən bir anlayış belə mövcud deyildi. Həm də, 54 yaşından sonra dondurulmuş yumurtadan hamilə qalmaq üçün gec hesab olunur. Çünki 45 yaşdan sonra rəhmin rüşüym tutma qabiliyyəti azalmağa başlayır. Bu zaman ancaq bir ehtimal real görünür, o, da Kibariyyənin ancaq başqa bir qadından alınmış yumurtanın nəql edilməsi, yəni tüp bəbək üsulu ilə hamilə qalması.  Kibariyyənin 56 yaşında hamilə qalması digər bir mövzunu da ortaya atır. Bu yaşda hamilə qalmaq doğrudurmu? Mütəxəssislər 50 yaşdan sonra uşaq dünyaya gətirməyi doğru hal hesab etmirlər. Çünki bu yaşda doğulan uşağın yeniyetmə yaşına çatmadan valideynlərindən birini və ya hər ikisini itirmə ehtimalı yüksəkdir. İspaniyada isə 66 yaşında ana olan Mariya Bousada əkiz uşaq dünyaya gətirəndən 3 il sonra həyatını itirmişdi. Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler