Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

54 ildir mağarada yaşayırlar… – Fotolar

13 Eylül 2016

1:48 pm


13/09/2016 [17:47]: xeber –
Yaşlı cütlük 54 ildir ki, kimsəsiz mağarada yaşayır. Onlar mağarada tək deyillər, onlarla bərabər üç ailə daha var.54 il əvvəl Çinin Nanchong şəhərinə yaxın bir mağaraya yerləşən 81 yaşlı Liang Zifu və 77 yaşlı Li Suying cütlüyü burada özlərinə tamamilə başqa bir dünya yaradıblar.  sayt xarici mətbuata istinadən xəbər verir ki, illər əvvəl evləndikdən sonra köçdükləri evin xərclərinə ödəyə bilməyən cütlük mağarada yaşayaraq xərclərini azaltmaq qərarına gəliblər.  Yaşlı cütlüyün mağarada yaratdıqları evdə üç yataq otağı, bir qonaq otağı və mətbəx var.  Bununla yanaşı donuz pəyəsi və özlərinə aid elektrik stansiyaları var. Qidalarını isə mağaranın üst tərəfindəki fermalarda yetişdirdikləri məhsullardan tədarük edirlər. Məhsul biçini zamanıı Liang quraşdırdıqları kanatlarla mağaranın təpəsinə qalxaraq məhsulları səbətlərə doldurur. Evləndikdən üç il sonra Liangın tapdığı mağaraya yerləşən cütlüklə birlikdə yaşayan üç ailə daha var. Liangın dediyinə görə, burada daha əvvəl onlarla bərabər dörd ailə yaşayırmış, amma bir ailə mağaranı tərk edib. Region rəsmilərinin bütün israrlarına baxmayaraq, yaşlı cütlük mağaradan çıxmağı qəbul etmir. Çünki onlar üçün bu mağara rahat bir yuvadır. Bundan başqa, çinli cütlüyün iddiasına görə, mağaranın içi yay aylarında soyuq, qışda isə isti olduğundan burada həyata olduqca əlverişlidir.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler