Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

52 yaşlı qadın öz evinde yanaraq öldü – FOTO

12 Ağustos 2016

12:16 pm


12/08/2016 [16:14]: xeber –
Lənkəranda yanğın hadisəsi baş verib, hadisə nəticəsində 52 yaşlı qadın yanaraq ölüb.Hadisə bu gün səhər saat 5:00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi, dalan 2, ev 4 ünvanında Məcid Rüstəm oğlu Nəsirova məxsus yaşayış evində qeydə alınıb.Yanğın güclü olduğunundan dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə hisəsinə məlumat verilib.Hadisə yerinə yağından mühafizə hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.Yanğın zamanı ümumi sahəsi 108 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanaraq sıradan çıxıb. Yanğın baş verərkən ev sahibi güclü alovun cəngindən qurtula bilib. Lakin onun həyat yoldaşı 52 yaşlı Kifayət Sabir qızı Nəsirova isə evdən çıxmağa macal tapmadığından yanaraq dünyasını dəyişib.Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Naziriyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler