Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

5 min 250 yaşı olan mumiyadan bakteriya tapıldı

04 Temmuz 2016

4:04 am


04/07/2016 [08:03]: xeber –
25 il öncə Alp dağlarında donmuş halda tapılan 5 min 250 yaşlı olan mumiya Ötzinin mədəsindən xərçəng yaradacaq bakteriya tapılıb. Buz adam Ötzi ilə bağlı aparılan son araşdırmanın nəticələri ABŞ-ın “Science” jurnalında yayımlanıb. Araşdırmaçılar Ötzinin mədəsində xərçəngə səbəb ola biləcək Helikobakter pilori (Helicobacter pylori) bakteriyasını tapan kimi araşdırmaya başlayıblar. Analiz 5 min 250 yaşındakı bakteriyaya aid məlumatların əldə edilməsinə də səbəb olub. Hannover Tibb Fakültəsindən Sebastian Suerbaum bildirib ki, bakteriyanın gen analizində edilən kəşf elmi baxımdan dönüş nöqtəsidir. Mütəxəssislərin Helikobakter pilori bakteriyasının varlığını təsbit etməsi 1983-cü ilə təsadüf edir. Bakteriyanın 100 min ilə yaxındır insanların orqanizmində yaşadığı təxmin edilir. Mütəxəssislərə görə, bakteriya dünya əhalisinin təxminən yarısında var.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler