Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“45 derece şaxtada qurdlu şorba ile qidalanan azerbaycanlılar” -SİBİR DƏHŞƏTLƏRİ

07 Ekim 2016

11:20 am


07/10/2016 [15:18]: xeber –
sayt “Bir əfsanəydi” layihəsindən növbəti araşdırmanı təqdim edir. Bu dəfə əsasən bir şəxsdən –azadlıq mücahidi, şair, maarifçi Əli Yusifdən çox danışsaq da, yazının qəhrəmanları soyuq Sibirdə acından və şaxtadan ölən bütün həmvətənlərimizdir. Araşdırmaçı Əli Şamilin bəzi qeydlərindən yola çıxaraq həmin öldürücü şaxtanın içinə xəyalən də olsa, səfər edək və oradakı acı taleli azərbaycanlılar ilə tanış olaq. Amma unutmayaq ki, onların hamısı vətənin-doğma Azərbaycanın azadlığı naminə elə bir həyat tərzini seçiblər… Hazırsınızsa, getdik…1926-cı il… Şair Əmin Abid Gültəkinin “buzlu cəhənnəm” adlandırdığı Saloniki sürgün düşərgəsi… Şimal Buzlu Okeanının qonşuluğunda yerləşən bu ərazi SSRİ-in ən ağır cəza yeri, hamının yaddaşında dəhşətin buzlu obrazı kimi qalmaqdadır. 1926-cı il martın 10-da istiqlal uğrunda gizli mübarizəyə görə həbs edilən bir qrup azərbaycanlı gənc Bakı həbsxanasında da öz mücadilələrini davam etdirir. Bunu görən bolşevik təhlükəsizlik qoçuları onları ən ağır cəza məntəqələrindən biri sayılan Salonikiyə göndərməyi qərara alır. Amma onlar yenə də qürurludur. Çünki bu gənclər onları heç nədən qorxmayaraq uzaq və gedər-gəlməz Salonikiyə yola salan həmvətənlərinin, azərbaycanlı kəndlilərin göz yaşının istisinə bürünüb və uzaq Sibir meşələrində də onları bir müddət bu göz yaşının istisi qoruyacaqdı. Kəndililər ağlaya-ağlaya onlara deyir:- Sizdən əvvəl gedən qəhrəman gəncliyə Azərbaycan köylüsündən salamlar aparın…Gənclər sevinirlər ki, onları yola salmaq üçün bu qədər insanlar gəlib. Deməli, Azərbaycan uğrunda mübarizə aparmağa dəyərmiş! Odur ki, qatara minən kimi “şarkı, şarkı” deyərək, bir ağızdan “Ağlama sən, gəlib vətən” mahnısını oxumağa başlayırlar. Onlar bilirlər ki, Şimal Buzlu Okean adalardakı meşələrə, şaxtanın içinə, ağır əmək düşərgələrinə göndərilirlər. Onlar bilirlər ki, özlərindən qabaq Salonikiyə sürgün olunanlar ya ölürlər, ya da ölüyə bənzər bir məxluqa çevrilirlər. Amma aralarında Kələntərli Cabbar, Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, Həmid Kəngərli, Səlimzadə və başqa Azərbaycan fədailərinin olduğu bu heyəti ayaq üstə saxlayan nəsə var idi. Onlarla eyni vaxtda Salonikiyə sürgün olunan B. Ağaoğlu adlı istiqlal savaşçısı sonradan yazacağı“Salonikidə gördüklərim” adlı xatirə əsərində bunun səbəbini belə qeyd edəcəkdi:“Biz böyük və tarixi vəzifə ifa etməkdə olduğumuzu dərk etməklə, getməkdə olduğumuz cəhənnəmin dəhşətlərini tamamilə unutmuşduq”Salonikiyə çatarkən onları şaxta ilə bərabər şaxtadan da kəsərli və öldürücü olan bir rejim qarşılayır. Əvvəlcə özlərindən əvvəl burada həbsdə olan istiqlal savaşçıları ilə görüşüb qucaqlaşıb ağlayırlar. Məhz şair Əbdürrəhman Dai və onun kimi bir neçə yerli dustağın halını görəndən sonra gələcəklərinə inam tamamilə itir. Çünki onlar artıq o vəziyyətdə idilər ki, fiziki baxımdan həyatdan çox ölümə aid idilər. İlk gün bu qrupu soyuqda üç saat saxlayaraq ac-susuz onlara ağır təlim keçir, Salovki qaydaları ilə tanış edirlər. 40 dərəcə şaxtadan sonra düşərgəyə gətirilən həmvətənlərimiz yerlilərini görən kimi kövrəlirlər. Ağaoğlu kitabında həmin dəqiqəni bu cür təsəvvür edir:“Gözlərdə atəş göründü. Ürəklərimizdə sönməyən müqəddəs atəş tutuşmuşdu. Kafiləmizə mənsub biri:- Qardaşlar!… Azərbaycanın uğrunda, onun qurtuluşu, istiqlalı üçün böyük və parlaq milli zəfərə qədər davam edəcək bu müəzzəm mücadilə naminə biz mənfa həyatımızın bütün məhrumiyyətlərinə, iztirablarına təhammül edəcəyik. Öləriksə, bütün milli idealımız yaşanması, təhəkkük etməsi üçün ölmüş olarıq. Yaşasın Azərbaycan!…”Bu qrup çox məşəqqətlərə tab gətirə bilir. 18-19 saatlıq ağır əmək, 45 dərəcə şaxtada meşə işləri, aclıq və zəhərli yeməklər istiqlal savaşçılarını tamam əldən salır. Ən pisi də o idi ki, 19 saatlıq ağır əməyin nəticəsində onlara verilən bir parça çörək və balıq şorbasının əzabı daha dözülməz olur. Çünki uzun müddətdir saxlanılan və xarab olan balıqlardan çıxan qurdlar şorbanın üstündə var-gəl edirdilər.Növbəti qrup və Əli Yusif1927-ci il martın əvvəllərində bura azərbaycanlılardan ibarət növbəti qrup gətirilir. Həmin qrupun tərkibində yazının qəhrəmanı Əli Yusiflə bərabər Vəkilli İsfəndiyar, Muin Niyazi, Sultanzadə Mehdi, Rizabəyli Nəsrüllah, Bəkdəmirzadə Muhsin bəy və başqaları da olur. Qrupda əsasən zabit və maarifçi ziyalılar var idi. Əli Yusifin ölüm düşərgəsi olanSalonikidəki faciələrindən, oradakı aclıq aksiyasından danışmamışdan əvvəl onun kimliyi ilə tanış olmamız yerinə düşər. Əli Yusifin azsaylı araşdırmaçılarından olan Əli Şamilə istinad edərək deyə bilərik ki, 17 yaşında Şuşa realnı məkətbini bitirdikdən sonra aktiv ictimai-siyasi fəaliyyətə baş vuran şair Müsəlman Xeyriyyə Cəmiyyətində iştirak edir və orada bir sıra lazımı problemlərin həllinə səy göstərir. 1911-20-ci illərdə dövri mətbuatda Əli Yusif və Əli Yusif Rai (yəni, çoban) imzaları ilə çıxış edir. Cümhuriyyətin ali təhsil almaq üçün xaricə yolladığı 100 tələbədən biri olan Əli Yusif 1920-ci ildə Parisdə Siyasi Elmlər Akademiyasında təhsil alır. 1923-cü ildə Bakıya qayıdan maarifçi artıq fəaliyyət göstərməyən Müsavata sadiqliyi ilə seçilir. Bu sadiqlik onun 1924-cü ildə həbsi ilə nəticələnir. Amma adından bir daha siyasətlə məşğul olmayacağı barədə yazılı qeyd aldıqdan sonra azad edilir. Buna baxmayaraq, ona təhsil və hürriyyət eşqi verən Müsavata yenidən sadiq qalır, 1925-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin əsasını qoyanlardan biri olur. Bununla yanaşı, Azərbaycan Tətbiq və Tətəbbö Cəmiyyətində də çalışır. Bütün bu açıq siyasi fəaliyyətin sonunda o yenidən həbs edilir və bu dəfə “buzlu cəhənnəmə”, Şimal buzlu adalarındakı Saloniki düşərgəsinə göndərilir. O zaman 1927-ci ilin 28Dünyada bir ilkə imza atan azərbaycanlıƏli Yusifi tanıdıqdan sonra yenidən Salonikiyə qayıdırıq. Özü də 1927-ci ilin dəhşətli şaxtalarının ağalıq etdiyi Salonikiyə… Bu elə bir zaman idi ki, burada dustaqlara heç bir güzəştlər edilmirdi. İnsanlar 40 dərəcədən çox şaxtanın altında yırtıq ayaqqabı, nazik və cırıq üst geyimləri ilə, ac qarınları və azarlı vücudları ilə dəhşətin oxşarı olan həyatı yaşamalı idilər. Bəziləri dözmür, meşəyə odun doğramaq üçün getdikləri zaman balta ilə özlərinə xətər yetirir, hətta əllərini, ayaqlarını kəsməkdən belə çəkinmirdilər. Sibir həkimlərinin narahatlığını görən məsul şəxslər qərargah rəisinə məlumat verirlər. Rəisin qərarı isə belə olur: “lazım gəlsə, əlləri və qolları kəsilmiş halda işləməlidirlər!”.Beləcə, Salonikidə hər gün onlarla adam dünyasını dəyişirdi…Əli Yusif də bu məqamda Salonikiyə sürgün edilir. 10 il həbs cəzasına məruz qalan Əli Yusif Azərbaycan və gürcü dustaqları ilə bərabər aclıq aksiyasının ideyasını verir və ona rəhbərlik edir. Salonikidə cəmi 4 sinif bitirmələrinə baxmayaraq, ali təhsilli ziyalılara qan udduran düşərgə zabitləri gözləmədikləri bir vəziyyətlə qarşılaşırlar. Onsuz da əziyyətlərin dəhşətlərinə tab gətirə bilməyən başqa dustaqlar da bunlara qoşulur. Günlərin birində, 40 ukraynalı dustaq heç bir səbəbdən gecə vaxtı çölə çıxarılaraq 45 dərəcə şaxtada səhərə qədər işgəncəyə məruz qalır. Bu hadisə ukrayn məhbusları daha da hiddətləndirir. Ağaoğlu Saloniki xatirələrində yazır:“1927 sənəsinin qışında Solovkiyə Azərbaycandan 30 nəfərlik bir millətsevən qəfilə gətirilmişdi. Bunlar vəhşi rejimə təhəmmül etməyərək aclığa qərar verdilər….“Bu qrupun qəti ölüm qərarı Solonikidə bulunan bütün azərilər tərəfindən qəbul olundu və qrev ümumi bir şəkil aldı. Qrev tam 22 gün davam etdi. İnsanlar acından bütün-bütünə bir skletə döndülər. Haqlarında bir cüzi təhfifat yapıldısada, demək olar ki, bu aclıq qrevlər heç bir şey dəyişmədi. Biləkis Azərbaycan, gürcü və ukrayna millətsevənlərinin bu inadla müqavimət və mücadilələrini Q.P.U. idarəsinin bunlar haqqında daha vəhşicəsinə və barbarcasına tədbirlər almağa sövq edirdi. Hər bir bəşəri, insani hiss və duyğulardan mərhum bulunan bolşeviklərdə insanın insanı tələblərinə qarşı vəhşi bir istehzadan başqa bir şey mövcud deyildir”.Əli Yusifin həbsxanadakı dəhşətli rejimin əleyhinə qaldırdığı bu etiraz forması onun ən yaxın dostlarının, gəncəli İbrahim Axundzadənin və şəkili Əlövsət Nəcəfovun acından ölməsinə səbəb olur.Buna baxmayaraq, Əli Yusifdən başlayan bu etiraz sonradan başqa millətləri – qazax, qırğız, başqırd və dağıstanlıları da ayağa qaldırır.Azərbaycan istiqlal şairi, mədəni nəslin nümayəndəsi Əli Yusif dünya siyasi tarixində ilk aclıq aksiyası edən insan kimi tarixə düşməklə yanaşı, vəhşi Solonikinin ilk qəddar düşməni olur.1935-ci ilin yanvarında sürgündən azad edilir, amma yenə vətənə buraxılmır. Bir sürgündən çıxıb o biri sürgünə düşür. 1937-ci ildə həbs olunur, elə həmin il də dünyasını dəyişir…Bu gün çox təəssüf ki, istiqlala öz həyatını qurban verən və Rəsulzadə ideologiyasından dönməyən Əli Yusif insanlarımıza o qədər də tanış ad deyil. Fikrimizcə, bu etinasızlığın özü həm onun, həm də məsləkdaşlarının özü üçün ayrıca bir Salonikidir…Elmin NURİ


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler