Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“40 yaşından sonra ağlın çaşması faciedir” – Əylisliye cavab

07 Eylül 2016

2:16 pm


07/09/2016 [18:14]: xeber –
Ana Vətən Partiyasın sədri, millət vəkili Fəzail Ağamalı yazıçı Əkrəm Əylislinin həbsxanalarda insanların alçaldılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.Millət vəkili qeyd edib ki, Allah adamı bu yaşında qorusun, ağlını əlindən almasın: “40 yaşınadək ağıllı insanlar səhv edəndə onu düzəldə bilir, nəticə çıxarır və ictimai rəydən çəkinir, arvad-uşaqdan, qohum-əqrabadan, dostlardan ayıb eləyir və qınaq hədəfinə çevrilmir. 40-dan sonra ağlın çaşması doğrudan da faciədir.Ə.Əylislini Allahımız ixtiyarı yaşında ağlını əlindən aldı və o, hələ də böyük günahını, onu Ə.Əylisli edən Azərbaycan xalqına atdığı böhtanı, onu təhqir edib, alçaltmağa qədər şərəfsizliyə imza atmağının fərqində olmadı. Gəncliyimdə sevə-sevə oxuduğum Ə.Əylisli əslində mələk donuna girən iblis imiş.Çox qəribədir. İnsan da bu qədər özündən razı ola bilərmiş?! Böyük günahını etiraf edib üzr istəmək əvəzinə, ona haqlı olaraq irad tutanları bir daha günahlandırmaqdan dolayı günah ola bilərmi?”P.S. Vaxtilə kitab rəfimin gözəgəlimli yerində uzun illər boyu saxladığım Ə.Əylislinin seçilmiş əsərlərini yandırmadım, düşündüm ki, onun tüstüsü mənim ruhumu zəhərləyə bilər, onları Yazıçılar İttifaqına göndərdim ki, o kitablar müəllifinə verilsin və müəllif o kitabları “nadir eksponat” kimi başının altına qoysun ki, bəlkə yuxularında hərdən nəğməkar bibisi ona ağıl versin.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler