Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

40 minlik rus balerinası azerbaycanlı milyonerin ailesini nece dağıdıb –Şok faktlar

26 Ağustos 2016

10:32 am


26/08/2016 [14:30]: xeber –
Xəbər verdiyimiz kimi, Azərbaycandan olan zəngin biznesmen məşhur rusiyalı balerina Anastasiya Voloçkovaya intim görüşə görə 40 min dollar ödəyib. Xəbərdə iddia olunur ki, balerina pulu alıb və aradan çıxıb. Rusiya mənbələrinin verdiyi məlumata görə, Azərbaycandan olan milyonerlə balerinanın görüşünü Moskvadakı elit “tusovka”lar üzrə agentliklərdən birində işləyən Dmitri Tulyaninov təşkil edib. Həmin agentlik “Ulduzla bir axşam” layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir. Azərbaycandan olan biznesmen isə agentliyə Anastasiya Voloçkova ilə şam yeməyi sifariş verib. Balerina bu xidmətə görə biznesmendən 25 min dollar alıb.Onlar Moskvadakı elit otellərdən birinin restoranında  görüşüblər. Görüş zamanı biznesmen Anastasiya Voloçkovaya “söhbəti intim şəraitdə davam etdirməyi” təklif edib. Balerina həvəslə bu təklifə razılaşıb, ancaq bildirib ki, biznesmen onunla seksə görə  əlavə ödəniş etməlidir. Tərəflər 40 min dollara razılaşıblar. Biznesmen pulu ödəyib. Lakin məsələ sözdən işə keçməyə gələndə balerina bir az istirahət etmək adı altında başqa nömrəyə keçib. Səhər tezdən isə o, oteli tərk edərək naməlum istiqamətə gedib. Biznesmendən intimə görə aldığı pulu isə geri qaytarmayıb.****“Yeni Müsavat” Rusiya mətbuatının bu mövzuda yazdığı əlavə məlumatları da izləyib. Məlum olub ki, D.Tulyanov A.Volaçkovanı fahişəliklə məşğul olmaqda ittiham edib. Onun ittihamları aşağıdakı kimi olub: “Nastya fahişəliklə məşğul olur, ailələri dağıdır və təmiz, əxlaqlı insanları ləkələyir. Hətta bu yaxınlarda xaç qızı olan Oksana Puşkina ilə dalaşıb. Sən necə balerinasan ki, özünü belə aparırsan”. “Ekspress qazeta”ya açıqlamasında D.Tulyanov deyib ki, “Ulduzla şam yeməyi” layihəsi adından da göründüyü kimi, özündə ancaq şam yeməyini ehtiva edir. Onun sözlərinə görə, burada hər hansı intim xidmətdən söhbət gedə bilməz və balerina sözügedən təkliflə razılaşmaqla əslində bu anlaşmanı da pozub: “Azərbaycanlı biznesmenlərdən biri – etik səbəblərdən adını açıqlamırıq – mənə müraciət edərək, Voloçkova ilə şam yeməyi yemək istədiyini dedi. Tanışlıq üçün ondan 25 min dollar aldım. 15 min dollar Nastyaya, 10 min dollar isə agentliyə çatacaqdı. Balerina onunla görüşdü, yeməyini də yedi, amma daha sonra “öz işini” gördü. Azərbaycanlı iş adamı ilə gecə keçirmək, intim xidmət göstərmək üçün qiymət açıqlayıb. Nəticədə Voloçkova 40 min dollara razılaşıb, avansını alıb, otelə gəlib. Bakılı biznesmenə isə deyib ki, görüşdən öncə oteldə istirahət etməlidir. Amma başqa bir nömrəyə keçərək qapını da bağlayıb. Olduqca mədəni şəkildə ona zəng ediblər, cavab verməyib. Mədəni şəkildə qapısını döyüblər, açmayıb. Səhər tezdən isə başqa bir şəhərə gedib. Təbii ki, onu heç kim qol gücü ilə saxlamayıb, çünki onlar elə adamlar deyillər”. Tulyanov deyib ki, növbəti dəfə Voloçkova azərbaycanlı biznesmenlə intim əlaqəyə girib. Amma bunun ardınca baş verənlər daha dəhşətli olub. Belə ki, Voloçkova azərbaycanlı biznesmenə tez-tez zəng edib və ondan seçkiöncəsi kampaniyası üçün pul tələb edib. Bundan başqa, artist biznesmenin həyat yoldaşına da bu xəyanət hekayəsi barədə xəbər verib. Bunun sonunda isə həmin qadının – hansı ki, südəmər uşağı var – südü kəsilib və depressiyaya girib. Rusiya mətbuatında bu balerina ilə bağlı arxiv məlumatlarının içində isə xeyli maraqlı faktlar var. Bunlardan biri də onun daha öncə də azərbaycanlı sevgilisinin olması ilə bağlıdır. Bu şəxsin adı Bəxtiyar Səlimov olub. B.Səlimov da Rusiyada çalışan məşhur azərbaycanlı milyonerlərdən olub. O, sözügedən şəxslə 5 ay görüşüb. Daha sonra isə ayrıldıqlarını bəyan edib və onunla olan bütün ortaq fotolarını sosial şəbəkələrdən silərək, aşağıdakıları yazıb: “Bu günə qədər mənim həyatımda olan hər şeyi silirəm. Nəyə inanmışamsa, nədə yanılmışamsa, hamısını… Bu, birinci dəfə deyil. Amma həqiqət gec-tez yerini tapır. Mənim yerim ancaq səhnədir”. Balerinanın sevgi arxivində bir qayda olaraq milyarderlər yer alır. Onlardan biri də milyarder Süleyman Kərimovdur. Rusiya mediası onun azərbaycanlı və ya özbək əsilli olması ilə bağlı uzun müddət tərəddüddə olub. Hələliksə, mövzu bağlanmış sayılmır. Çünki ortada intim sövdələşməsi ilə bağlı audio fakt olduğu deyilir. Hər nə qədər balerina son qalmaqalla bağlı yazılanları şər-böhtan adlandırsa da, bu haqda sosial şəbəkədə bir cümləlik təkzib mövqeyi yaysa da, faktların yaxın zamanda üzə çıxacağı şübhəsizdir. Çünki firma öz nüfuzunu qorumaq, azərbaycanlı iş adamı isə ailəsinə və nüfuzuna dəyən ziyanın intiqamını almaq üçün hansısa formada hərəkətə keçəcək. O zaman həm Rusiya, həm də Azərbaycan mediası bu biznesmenin kimliyini öyrənəcək. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler