Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

40 günlük körpe satışa çıxarıldı – Foto

13 Ekim 2016

9:52 am


13/10/2016 [13:51]: xeber –
sayt xəbər verir ki, məşhur ticarət saytı olan Ebayda 40 günlük bir qız uşağı 5 min avroya satışa çıxarılıb.Ebayde yer alan reklamda bir aylıq qız uşağın adının Mariya olduğu və Almaniyanın Duisburg şəhərində yaşadığı məlumatları yer alıb. Körpənin şəkillərini də səhifəyə yükləyərək “40 günlük körpə Mariya satılır” deyə yazıblar. Ebay saytında yer almış bu ağlasığmaz reklam yarım saat içində sosial mediada və internet forumlarında tənqidlə qarşılanıb. Reklamı görən bir çox adam polisə məlumat verib. Ebay rəsmisi Pyer Du Bois məsələ ilə bağlı bir çox şikayət aldıqlarını və kiçik uşağın satış elanının yer aldığı reklamı saytdan çıxardığını bildirib.Du Bois 40 günlük körpənin satışa çıxarıldığı elanın pis bir zarafat etmək məqsədilə, yoxsa gerçək bir təşəbbüs olduğunu bilmədiklərini, polisin məsələ haqqında istintaqa başladığını da əlavə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler