Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

4 uşaq anası xestexanada öldü…

08 Ekim 2016

1:20 pm


08/10/2016 [17:18]: xeber –
İsmayıllı rayonunda 4 uşaq anası dünyasını dəyişib.sayt ARB TV-yə istinadən xəbər verir ki, rayonun Mirzə Ələkbər Sabir küçəsində yaşayan 45 yaşlı Nəzakət Dəmirova kəskin ağrılarla İsmayıllı Rayon Mərləzi Xəstəxanasında çatdırılıb.Həkimlər ilk tibbi yardımdan sonra xəstəyə kəskin bağırsaq keçinməzliyi, ürək-damar çatışmazlığı diaqnozu qoyaraq təcili cərrahiyə əməliyyatı olunmasına qərar veriblər.Ailəsinin icazəsilə xəstə cərrahiyə şöbəsinə qaldırılarkən dünyasını dəyişib.Nəzakət Dəmirovanın ölməsinə səbəb kimi xəstəxanaya gec çatdırılması göstərilir. Mərhumun həyat yoldaşının sözlərinə görə o, son 10 ilə yaxındır ki, bu xəstəliyi tez-tez yüngül formada keçirib. Bu dəfə də xəstənin eyni duruma düşməsinin keçici olacağını zənn edən yaxınları onu ağırlaşdıqdan sonra xəstəxanaya çatdırıblar və həyatını xilas etmək mümkün olmayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler