Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

4 rayonda genclerin işsizlik veziyyetinin monitorinqi aparılır- Neticeler var…

21 Temmuz 2016

9:12 pm


22/07/2016 [01:10]: xeber –
Niyaməddin Orduxanlı rayonlarda 400 gəncin işsizlik vəziyyətinin monitorinqini aparır.”Bələdiyyələrin İnkişafına Yardım ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinin icrasını davam etdirməkdədirlər. Bununla bağlı təşkilatın sədri Niyaməddin Orduxanlı mətbuata açıqlama verib. Onun sözlərinə görə, iyul ayının 21 –də layihəyə uyğun olaraq Oğuz rayonunda gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı tədbir keçirdik: “Təşkilatımız Oğuz rayonunda da çox yüksək səviyyədə tədbir təşkil etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınını rəsmi nümayəndəsi Ramin Cəfərov da rayona ezamiyə olunmuşdu. Biz tədbir iştirakçılarına ilk olaraq onu çatdırdıq ki, bizim təşkilatın əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq , gənclərin peçə və ixtisas seçimində düzgün istiqamətləndimək və bizim hazırladığımız sorğunu hər rayonda yaşı 15-29 yaş qrupunda 100 gəncin cavablandırmasıdır. Yəni, layihəyə əsassən 4 rayonda, hər rayonda da 100 gənclə sorğu aparırıq. Bununla yanaşı biz bir təşkilat olaraq ölkədə gənclərin məşğulluğu ilə əlaqədər qurumların, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramlarının mövcudluğunu və gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaların olduğunu xüsusi vurğulayırıq. Bu qurumlar müxtəlif  yanaşmalarla gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə də qiymətləndirirlər. Azərbaycan Respublikasının gənclərə yönəlik uğurlu siyasət aparmasından da bəhs edirik. Xeyli sayda gənclərin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının da şahidi oluruq. Bununla yanaşı gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur:  Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması.Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır: “ Görüş iştirakçılarının hər birinin diqqətinə o da çatdırılır ki, bu layihənin maliyyə dəstəkçisi, məhz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Bu da o anlama gəlir ki, şura rayonlarda işsiz gənclərin vəziyyətinin öyrənilməsində maraqlıdır. Bu cür layihələrin dəstəklənməsinə görə, bir daha Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və müstəqil ekspert qrupuna təşkilatımız adından təşəkkür edirik. Onların müsbət rəyi hesabına bu tip layihələr icra oluna bilir. Bu faktı onu göstərir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin təqdim etidiyi mövzuların aktuallığı daha önəmlidir. Biz bir QHT kimi istəyir ki, layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlər daha asanlıqla müəyyən olunsun və öz növbəsində əlaqədər Dövlət və QHT qurumlarını hərəkətə gətirərərək gənclərin işsizlik probleminin həll üçün yeni ideyalar və fəaliyyət planlarının, layihələrinin hazırlanmasına zəmin yaratsınlar.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler