Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“4-5 neferi QİÇS-e yoluxdurmuşam” -Özünün ve başqalarının heyatını mehv eden adam

26 Haziran 2016
5:56 am


26/06/2016 [09:52]: xeber –
Deyir 47 yaşım var. İnanmıram. Əslində, narkomanlar vaxtından tez qocalsalar da, bu adamda əksinə idi. Dediyi yaşı vermək olmur. 20 ilə yaxındır ki, narkotikdən istifadə edir, 10 ildir ki QİÇS xəstəsidir. Ömrünün təxminən üçdə birini də həbsxanada keçirib.Narkotik, həbs, QİÇS, dağılan ailə, 15 ildir görmədiyi uşaqları, elə 15 ildir onu danışdırmayan anası, dözülməz ağrılar… Bəlkə də, adi halda bir insanın bunlarla yolu kəsişmir. Bəzən də üçü ilə birdən kəsişir. Bəzən bir bəla dalınca onunu gətirir. Mehman kimi (ad şərtidir). HİV virusuna yoluxanların əksəriyyəti onun kimi inyeksion narkomanlar və ya onların bədbəxt elədikləri ailələridir. Narkotikdən dəfələrlə imtina etmək istəsə də, iradəsi imkan verməyib. Sonunda tərgidə bilib. sayt 3-cü dərəcə QİÇS xəstəsi olan keçmiş məhkumun həyat hekayəsini təqdim edir.”Məndən 4-5 nəfərə QİÇS keçib”997-ci ildən narkotikdən istifadə etməyə başladım. O vaxt nəşə çəkirdim. Amma iynə vurmağa meylim yox idi. Bir dəfə biri dedi ki, yaxşı “mal” var, gəl. Mən də elə bildim nəşədir, amma iynəsini deyirmiş. İlk dəfə onda narkotikdən istifadə elədim və bir-iki dəfədən sonra asılılıq yarandı. Nə qədər tərgitmək istəsəm də, alınmadı. Hər şey həmin vaxtdan başladı, ondan sonra qazandığım hər şeyi yavaş-yavaş itirməyə başladım.QİÇS-ə 2006-cı ildə yoluxmuşam. Bəzən olurdu ki, birdəfəlik şprisi bir neçə dəfə işlədirdik. Yəqin ki, xəstəlik mənə həmin vaxt kimdənsə keçib. Amma özünü uzun müddət büruzə verməyib. Yalnız həbs olunandan sonra 2007-ci ildə xəbər tutmuşam. Həmin il narkotikə görə tutulmuşdum. Karantində olanda gəlib hamımızdan qan götürürdülər. Məndən şübhələndiklərinə görə ikinci dəfə də götürdülər və 15-20 gündən sonra HİV virusuna yoluxduğum aşkarlandı.Axşam kamerada dava olmuşdu. Həbsxanada axşam 18:00-dan sonra kamera açılmır, buna mühafizəçinin ixtiyarı yoxdur. Açılması üçün gərək rəhbərliyə zəng olunsun, icazə alınsın. Bizim də dalaşdığımızı gördülər, amma qapını açmadılar. Səhər də məni rəis müavininin yanına çağırdılar. Fikirləşdim ki, kamerada “starşiy” mənəm, yəqin ki, “izolyator”a salacaqlar, “karsa bağlayacaqlar”. Amma əksinə oldu, otaqda müavinin əvəzinə ağzında maska olan həkim oturmuşdu. Elə birbaşa mənə QİÇS-ə yoluxduğumu dedi. Onu da dedi ki, yanımdakı məhbuslara bu barədə deməyim.Mən də necə deməyim? Demək olar ki, 5-6 gündən bir içəridə yığışıb iynə vururduq. Qayıdan kimi onlara xəstəliyimlə bağlı dedim və bildirdim ki, ehtiyatlı olsunlar.Həkimə gedəndə bu xəstəliyimin olduğunu deyirəm. Gizlətsəm, ondan da kiməsə keçə bilər axı. Amma olur ki, insanlar bilə-bilə bu xəstəliyə yoluxurlar. Elə Bayılda həbsxanada olurdu ki, mənə 1 qram heroin gəlirdi. Deyirdim ki, baxın a, mən HİV xəstəsiyəm, sizə keçə bilər. Kimsə dalımca söyməsin ki, bilə-bilə yoluxdurdum. Amma “taxtabaşlar” istifadə edirdilər. Bəzən üzbəüz kamerada məndən şpris soruşurdular. Mən də deyirdim ki, var, amma xəstə adam var, o istifadə edib, məsləhət deyil. Razılaşırdılar, amma bir qədər keçəndən sonra dözə bilmirdilər, yenidən istəyirdilər ki, göndər, biz bilirik, alışqanla şprisin ucunu yandıracağıq, onda virus öləcək, keçməyəcək. Özü özünü aldadırdı əslində. Bilirdi ki, keçəcək. Sonra həmin adam da xəstələndi, bildim ki, ona məndən keçdi. Məndən 4-5 nəfərə QİÇS keçib. Olub ki, demişəm, bunu vurmaq olmaz, amma vurub və yoluxub. Mən öz payıma düşəni etmişəm. Kamerada bir az vəziyyət pis olur, çünki bir şpris olur, onunla vurmalısan. Amma “zon”da tibb məntəqəsindən almaq olur. Əvvəllər istifadə etdiyim şprisi qırıb tullayırdım ki, heç kim görməsin. Amma sonra ehtiyac olduğuna görə, saxladım.Cibimə heroin atıb tutdularMən çox kitab oxumuşam. Doğrudur, ali təhsilim yoxdur, amma özümü heç kimin yanında əskik hesab eləmirəm. Uzun müddət sürücü işləmişəm, KamAZ sürmüşəm. Əslində, peşəm qaynaqçıdır. Amma iş yoxdur, hətta fəhlə düzəlməyə də tanışın olmalıdır. Bir də keçmiş narkoman və məhbus olduğunu biləndə çoxu işə götürmək istəmir. Hətta polis də səndən istifadə edir. Axırıncı dəfə iki “srok”un arasında 43 gün azadlıqda qaldım. Təzə həbsdən çıxmışdım ki, cibimə heroin atıb tutdular. Əslində, heç bir günahım yox idi, bunu planı doldurmaq üçün etdilər.Bu dəfə həbsdən çıxandan sonra keçmiş məhbus yoldaşımın yanına getdim, Lökbatana qayıtmadım. Demişdi gələrsən, sənə kömək edərəm. Mənə 9 mərtəbəli binanın altında dükanın yanında zirzəmini verib. Soyuducu, televizor almışam, yaşayıram orada. Amma keçmiş məhbusa cəmiyyətə adaptasiya olunmaq çox çətindir. İnsanlar, əsas da yaxınlarının münasibəti dözülməzdir. Başa düşürəm ki, çox günah işləmişəm, amma səhvimi başa düşmüşəm, az da olsa, bu yoldan uzaqlaşmaq istəyirəm…QİÇS-lə mübarizə mərkəzinə hər 6 aydan bir gəlirəm. Ehtiyac varsa, immunitet zəif olanda və ya ağrılar olanda 2-3 həftə saxlayırlar.”Pulu olan yaxşı oğlandır”13 il həbsxanada yatmışam. Əvvəllər həbsxana qanunları fərqli idi. İndi hər şey puldan asılıdır. Əvvəllər adam tutdurub sonradan gəlib həbsxanaya düşənin məhbuslar arasında yeri yox idi. Onun söz danışmağa haqqı yox idi. Ona sərhəd qoyulurdu. Ümumiyyətlə, qumar oynayanda da ona sərhəd qoyulurdu ki, 5 manatdan yuxarı məbləğdə oynaya bilməzdi. O gəlib təmiz kişilərin yanında otura bilməzdi.Həbsxanada kupelər var və məhbuslar orada yatır. Həmişə “uqlovoy” kupelərdə tanınmış adamlar yatırdı. İndi barakda pulu olan yaxşı oğlandır. Onu yuxarı başa keçirirlər. İndiki “zon”da ancaq papağını başında bərk saxla. Heç kimə qarışma, kitabla, krossvordla gününü keçir. İndi həbsxanada da elə bura kimidir, pulun varsa, adam sayırlar, yoxdursa adam yerinə qoyan yoxdur.Əvvəllər həbsxanaya gələndə 100% bilinirdi ki, hansı səbəbdən gəlib. İndi zorlama ilə gələn deyir ki, şərləyiblər. Amma insana baxanda bilirsən ki, bu hərəkət ona yapışır, ya yox. Elə şeylərə rast gəlmişəm ki. Məsələn, atasını öz arvadı ilə tutan biri atasını zorlamışdı. İkisini də tutmuşdular, bizimlə eyni “zon”da qalırdı. Bax, oğru qanunlarında bu nakişilikdir və qəbul olunmur. Yaxşı, tutmusan, başını kəs də. 3-5 gün özünü gizlədə bilərsən, ondan sonra yaşayışı, davranışı ilə insanın kim olduğu üzə çıxır. Elələrinin başlarına elə oyunlar açırlar ki… Onlarla əllə görüşmək olmaz, onlardan nəsə almaq olmaz, onlara “üzdəniraq” deyirdilər. Stolda otura bilməzdi, yatanda da tualetin yanında yatırdı. Onlardan siqaret almaq olmaz, ancaq bağlı qutunu almaq olar. Açıq siqareti yox. Əgər “kars”da olanda məcbur siqaret almalı olsan (zonun təmizlik işi onlarlıqdı), onu gərək açıb tütünü ayrı kağıza boşaldıb çəkəsən. Yəni həmin adamlar elə çirkindirlər, onlardan o tərəfi yoxdur. Qumarda uduzub vaxtında verməyəni çox ağır cəzalar gözləyir. Sonradan rəhmətlik Bəxtiyar həbsxananı homoseksuallar bürüməsin deyə, onlarla bağlı cəzaları yüngülləşdirdi. Bəzən heç bir qəpiyi olmadan oynayırdılar ki, udacağam. Sonradan qumarda uduzanlar “üzdəniraq” olmayan yerdə bütün işlər, “zon”un təmizliyi onlara həvalə olunurdu.”Həbsxana qanunları “Quran”da yazılanlarla eynidir”Əslində, həbsxana qanunları ağır qanunlardır, amma haqlı qanunlardır. İslamda necə yazılıbsa, həbsxanada da qanunlar eynilə o cürdür. Mən vaxtilə “Quran”ı oxumuşam, namaz da qılmışam. “Quran”ı oxuyandan sonra başa düşdüm ki, bu cəhənnəmdən çıxa bilərəm. Narkotiki tərgitmək mümkündür, sadəcə, iradə lazımdır. Məndə də əvvəl yox idi, amma sonra gəldi. Hər şey əlimdən çıxandan sonra. Uşaqlarımla görüşməyə qoymadılar məni. Oğlum hemofiliya xəstəsidir, onu çox istəyirəm ki, görüm. Bəlkə də getsəm, heç nə deməz, amma gedə bilmirəm. Evimi, maşınlarımı satdım. Hətta dirənib ata evimi də satdım, ailəmi çətin vəziyyətdə qoydum. Anam 15 ildir ki, mənimlə danışmır. Gedirəm, üzünü mənə tərəf çevirmir. Ona çox haqq verirəm. Həyatımdakı hər kəsə haqq verirəm. Düşünürəm ki, bəlkə də, Allah hansısa hərəkətimə görə məni bu cür cəzalandırır…Bəlkə də, “Naxçıvanski”dən çıxarmasaydılar…Əgər imkanım olsaydı, çox şeyi dəyişərdim həyatımda. Bu yaşayışı kim istəyər axı? Deyim ki, mən də hamı kimi yaxşı insan olmuşam nə vaxtsa. Çirkaba sonradan düşdüm. Məktəbdə yaxşı oxuyurdum. 7-ci sinifdən çıxıb Naxçıvanski adına hərbi məktəbə getdim. Müsabiqə böyük idi, götürmək istəmirdilər. Boyumu 3 dəfə ölçdülər, axır ki, götürdülər. Orada 2 il oxudum, 3-cü kursdan dəcəl olduğuma görə çıxardılar. Mənimlə oxuyan uşaqlar hamısı tanınmış hərbçilərdir. Yaxın dostum hərbi poliqonun rəisidir. Bəlkə də, oradan çıxarmasaydılar həyatım başqa cür olardı. Doğrudur, qəzavü-qədər də var. Amma Allah bizim üçün seçim də qoyub. Bundan sonra çox yaşayacağıma inanmıram. Məndə HİV 3-cü mərhələdədir. Hər gün dərman qəbul edirəm, əgər dərman içməsəm yaşamaram.Rövşən Lənkəranski ilə eyni zondaMən həbsxanada çox tanınmış adamları görmüşəm. “Vor zakon” Mamedin “zon” yoldaşı olmuşam. O, məhbuslar üçün çox yaxşı olub, sözü keçən adam idi. Çox vaxt həbsxananın mətbəxindən məhbusların payını satırdılar. O “zon”da olanda bizim yeməyimizi heç kəs sata bilməzdi. Bizə adi vaxtda qara çörək verirdilər, Mamed gələn kimi çörəyimiz ancaq ağ olurdu. Bir də gördün, hamıya qara köynək, qara şalvar (orada hamı qara geyinir), bir də ayaqqabı paylayırlar. Və ya meyvə dolu maşın gəlirdi və onu hamıya paylayırdılar. Bunları Mamed edirdi. O, heç vaxt söyüşlə danışmazdı.Rövşən Lənkəranski ilə də eyni “zon”da olmuşam. Düzdür, çox qalmadı, tez çıxdı. O da məhbuslara çox kömək edirdi. Heç vaxt onun qaldığı kameranın qapısı bağlanmazdı. Nə vaxt istəsəydi, çıxıb gəzərdi. Bir də gördün, bir-bir bütün kameraları gəzib hamıdan problemlərini soruşur. Biz də nəyimiz çatışmırdı, hansı problemimiz vardısa deyirdik. Yanında da həmişə köməkçiləri olurdu, tapşırırdı, qeyd götürürdülər və həll edirdilər. O qanuni oğruların sözləri keçirdi, onların zəhmlərinin qarşısında kimsə bir söz deyə bilməzdi. İndi həbsxana da dəyişib, qanunlar da. Kimin pulu varsa, hamı ona əyilir, indiki həbsxanalarda ancaq məhbusdan pul yığırlar.Ən böyük istəyim Almaniyaya getməkdir. Çünki məni burada heç nə saxlamır. Bütün həyatım məhv olub, daha doğrusu, özüm öz həyatımı məhv eləmişəm. Elə çox istəyirəm ki, yatım, oyanım və görüm ki, bu başıma gələnlər yuxu idi…(virtualaz.org)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler