Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

3245 nefer ilk peşe-ixtisas tehsili müessiselerine qebul olunub

27 Ağustos 2016

7:16 am


27/08/2016 [11:13]: xeber –
Avqustun 26-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.“Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri 27 avqust 2016-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixinədək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:1. Təhsil haqqında sənədin əsli;2. Tibbi arayış;3. Şəxsiyyət vəsiqəsi (surəti);4. 3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil;5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler