Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“28 May”da dollar alverçilerine qarşı reyd – İki nefer tutuldu

22 Eylül 2016

6:04 pm


22/09/2016 [22:01]: xeber –
Məlum olduğu kimi, banklarda dollar satışının məhdudlaşdırılması “qara bazar”ın canlanmasına səbəb olub. Ən məşhur qara bazar isə “28 May” metrostansiyasının arxasında fəaliyyət göstərir.Bu ərazidə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Bu gün də axşam saatlarında “qara bazar”da qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb.sayt xəbər verir ki, Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub.Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları “qara bazar” alverçilərindən ikisini saxlayıblar və bölməyə aparıblar.Heç bir etiraz etmədən rahat şəkildə polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub. O, cəld tərpənərək, metro keçidinə düşüb.Təəccüblüsü isə odur ki, polis əməkdaşları da onu təqib etməyiblər və digər iki alverçini bölməyə aparıblar.Qeyd edək ki, “qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler