Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

25 yaşlı Müsteqillyimizde Şemkirlilerin yeri – “Bunu bütün Azerbaycan bilmelidir”

14 Ekim 2016

9:24 pm


15/10/2016 [01:23]: xeber –
sayt oktyabrı Müstəqillik ayı elan edib. Şəmkirdən bir oxucumuz bu münasibətlə saytımıza təşəkkürünü bildirib və şəmkirlilərin də dövlətçiliyimizin qorunmasında hər zaman ölkə rəhbərliyinin yanında olmasını sübut edən aşağıdakı fikirlərin və videomaterialın oxucularımıza təqdim edilməsini xahiş edib:”1994-ci ilin oktyabr və 1995-ci ilin mart hadisələrində Gəncə, Qazax, Ağstafa, Tovuz, Xanlar, Samux rayonlarında hakimiyyət orqanları müstəqilliyimizin əleyihə olan qanunsuz silahlı dəstələr tərəfindən zəbt olunmuş, dövlət idarəetməsi faktiki olaraq iflic edilmişdi. Şəmkir rayonu isə həmin vaxtlar bir alınmaz qalaya çevrilmişdi. Bu hadisələrin daha da böyüyərək bütün Qərb bölgəsini bürüməsinin qarşısnı almaq üçün Şəmkirdə hərbi qərargah yaradılmışdı. Həmin qərargaha da o vaxt Şəmkirin icra başçısı olan Aslan Aslanov rəhbərlik edirdi. Prezident Heydər Əliyev qan tökülməməsi və olayların dinc yolla nizama salınması üçün əlindən gələni edirdi. Dərin dövlətçilik təcrübəsi olan Heydər Əliyev anlayırdı ki, hadisələri qışızdıranların əsas hədəfi dövlət müstəqlliyimizi sarsıtmaq və Azərbaycanımızı xarici qüvvələrdən asılı zəif, bütün təzyiqlərə boyun əyərək hər şeyə “baş üstə” deyən bir oyuncaq dövlət halına gətirməkdir. O bilirdi ki, ermənipərsət dairələr, konkret olaraq Rusiya sapı özümüzdən olan baltaların əli ilə Azərbaycanı tamamilə diz çökdürmək və Ermənistanın hərbi-strateji üstünlüyündən istifadə edərək təslimçi sülhə boyun əydirmək planı həyata keçirmək istəyir. Ona görə də həmin qanlı-qadalı dönəmdə Şəmkir camaatının dövlətçiliyin və Heydər Əliyevin yanında olması proseslərin qiyamçı qüvvələrin xeyrinə cərəyan etməsinin qarşısını aldı və Gəncəbasardan başlanan qiyam elə beşiyindəcə boğuldu, bulanıq suda balıq tutmaq istəyənlərin niyyəti puç oldu.Heç də təsadüfi deyil ki, prezident İlham Əliyev də vaxtilə – 2004-cü ildə Şəmkirə səfərində 90-cı illlərin əvvəllərində baş verən dövlət çevrilişi cəhdlərində şəmkirlilərin dövlətçilyiin yanında olduqlarını və bununla da müstəqllliyimizin qorumub saxlanılmasında xidmətləri olduğunu xüsusi vurğulayaraq “bunu bütün Azərbaycan  bilməlidir” mesajı ilə bu danılmaz həqiqəti tarixə həkk etdirib. Bu günlər biz müstəqlliyimizin 25 illiyini fəxarətlə qeyd edirik və qürur duyuruq ki, həmin müstəqlliyin 25 yaşa gəlməsində Şəmkir camaatının da payı var”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler