Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

25 yaşlı genc qız Kamazın tekerleri arasında qalaraq can verdi -DƏHŞƏT

09 Eylül 2016

3:44 pm


09/09/2016 [19:41]: xeber –
Bu gün Badamdar şosesində dəhşətli hadisə baş verib. Yolu keçmək istəyən 25 yaşlı bir qadın 10 KM 832 dövlət nömrə nişanlı Kamaz tərəfindən vurulub. Hadisə yerində olan sayt-ın əməkdaşı olay barədə şahidlərlə söhbət edib. Şahidlərin verdiyi xəbərə görə,  Badamdar şosesində təmir işlərinin aparılması ilə əlaqədar olaraq yolun bir hissəsi qapadılıb. İşıqforların fəaliyyəti də dayandırılıb. Bu isə ərazidə təhlükə yaradır. Hadisə də məhz buna görə baş verib. Belə ki, yolu keçmək istəyən qadın kənardan hərəkət edən kamazın istiqamətini müəyyən edə bilməyib nəticədə o, kamazın arxada olan iki təkərinin arasında qalaraq faciəvi şəkildə can verib. Ərazidə olan taksi sürücülərinin sözlərinə görə,  burda qəza hadisələri son zamanlar intensivləşib. Belə ki, nə Səbail Rayonu, nə də Bakı Şəhəri İcra hakimiyyəti yola nişanlar quraşdırmırlar. Bundan əlavə ərazidə olan kamera da bu günə qədər işləmirdi. Hadisə baş verdikdən sonra isə kameranı təmirinə başlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler