Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“23 iyun-Beynelxalq Olimpiya günü”ne hesr olunmuş diskussiya keçirildi

24 Haziran 2016

7:36 am


24/06/2016 [11:32]: xeber –
23 iyun 2016-cı il tarixdə Bərdə Olimpiya İdman kompleksində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə veteran idmançıların və gənclərin iştirakı ilə “23 iyun-Beynəlxalq Olimpiya günü”nə həsr olunmuş diskussiya keçirilmişdir.Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəis müavini, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Tahir Quliyev açaraq ölkəmizdə geniş vüsət alan olimpiya hərəkatından, yüksək səviyədə təşkil olunan və keçirilən I Avropa Oyunlarından, ”Formula-1” yarışlarından, ölkə rəhbərliyinin gənclərin hərtərəfli inkişafına, idman infrastrukturunun və idmanın müxtəlif növlərinin inkişafına göstərilən diqqət və qayğıdan danışdı.Respublikanın əməkdar məşqçisi,veteran futbolçu Şakir Cəfərov Bərdə idmançılarının qazandığı nailiyyətlərdən, rayon gənclərinin əzmkarlığından və olimpiya idman hərəkatına sədaqətindən danışdı.Sərbəst güləş üzrə məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, idman ustası Hümbət Ağayev, Bərdə komandasının məşqçisi, idman ustası Nadir Muxtarov rayon gənclərinin idmana marağından və rayonda həyata keçirilən gənclər siyasətinin müsbət nəticələrindən danışdılar.UGİM-nin direktoru, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Lətif Məmmədov, futbol üzrə məşqçi müəllim, idman ustalığına namizəd Vaqif Süleymanov rayonda uşaq futbolunun inkişafından, əldə edilən uğurlardan, istedadlı gənc futbolçuların Qəbələ Futbol Akademiyasına və Təhsil Nazirliyinin “Vətən” Futbol məktəbinə qəbul olunmalarından danışdılar.Gənc idmançılar diskussiyalara qoşularaq fikirlərini bildirdilər.Tədbiri yekun sözü ilə Gənclər və İdman İdarəsinin rəis müavini Tahir Quliyev bağlayaraq bundan sonra da gənclərin və idmançıların dövlətin diqqət və qayğısı ilə əhatələnəcəyini vurğuladı.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler