Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

23-cü ildir ki, “Djrakan” olmuş Cebrayıldan son xeberler- FOTOLAR

23 Ağustos 2016

5:40 pm


23/08/2016 [21:39]: xeber –
İşğal altındakı torpaqlarımız, o cümlədən,  bu gün 23-cü “qara yubileyini” qeyd etdiyimiz Cəbrayıl haqqında da dəqiq məlumata yalnız həmin torpaqları azad edib  elliklə o yurdlara qayıtdıqdan sonra malik olacağıq. Hələlik isə ermənilərə məxsus saytlardan və beynəlxalq KİV-lərdən ala bildiyimiz cüzi və şübhəli məlumatlarla kifayətlənməli oluruq.Hərdən beynəlxalq təşkilatların xətti ilə Qarabağda səfərdə ola bilən ziyalı, jurnalist, yaxud QHT nümayəndələrinə isə yalnız müəyyən edilmiş marşrut üzrə hərəkət etmək və informasiya almağa icazə verilir. Qarabağın strateji yollarından və turist marşrutlarından uzaq olduqlarından, xüsusilə, Füzuli və Cəbrayıl haqqında məlumatlar kasaddır. Həm də Ermənistan hökuməti və separatçı rejim işğal edərək, xarabazara çevirdikləri və 20-25 il ərzində heç bir abadlıq işləri apara bilmədikləri yaşayış məntəqələri barədə dünya ictimaiyyətinin bilgili olmasında maraqlı deyillər. Qondarma “DQR” rejimi  guya Cəbrayılın yerində kənd salır…Bu və digər obyektiv səbəblərdən Cəbrayıl rayonunun mərkəzi və kəndləri barədə növbəti informasiya axtarışlarımız da ciddi nəticə vermədi. Yalnız onu öyrənməyə nail olduq ki, işğalçılar darmadağın edilmiş Cəbrayıl şəhərinin yerində 2006-cı ildən kənd salmağa başlayıblar(open.armenia.com 2006). Bunu həmin vaxt Cəbrayıl rayon mərkəzi yaxınlığında Noraşen adlandırılmış kəndlərimizdən birində 8 illik məktəbin açılışına gəlmiş o vaxtkı qondarma DQR prezidenti A.Qukasyan və Ümummilli Erməni Fondunun fəxri üzvü L.Kebabcyan bəyan edib. Guya onlar yeni kəndin təməl qoyma mərasimində də iştirak ediblər.Rusiya ensiklopediyası da Cəbrayılı “Djrakan”  kimi göstərir…Cəbrayıl rayon mərkəzi hazırda qondarma DQR-in Hadrut rayonunun tərkibində Djrakan kəndi kimi göstərilir. Bu barədə 2014-cü il aprelin 21-də Rusiyaya məxsus Böyük Sovet Ensiklopediyasının enci.ru saytında və 2012-ci ilin sentyabrında wiki.armenia.ru saytında da məlumat verilir. Aprel döyüşlərindən sonra rus jurnalist Cəbrayıla gedib və…2016-cı il aprelin 2-5-də qoşunların təmas xəttində düşmən təxribatlarının qarşısını almaq üçün Milli Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar zamanı igid əsgərlərimiz Cəbrayıl rayonunun giriş qapısınadək gedə bilmişdilər. Həmin əməliyyatlardan sonra bir sıra xarici KİV nümayəndələri Azərbaycan XİN razılığı olmadan işğal altındakı torpaqlarımıza  səfərə edərək Ermənistanın maraqlarına uyğun reportajlar hazırlayıblar. Onlardan biri də Rusiyanın nation-news.ru saytının əməkdaşı Anton Yevstratov olub. Jurnalist Talış kəndi, Ağdərə, Hadrutla yanaşı, Cəbrayıl ərazisini də  gəzərək ermənilərin xeyrinə bir sıra yalanlar uydurub. Rus müxbiri Cəbrayılın Şükürbəyli kəndinə də gedib və orada işğalçı ordunun zabitləri ilə görüşüb. A.Yevstratov son döyüşlər zamanı istər erməni hərbçiləri, istərsə də dinc əhali arasında heç bir itki olmadığını qeyd etsə də, Azərbaycan Ordusunun guya həmin kənddəki yaşayış evlərini “Smerç” qurğusuyla atəşə tutduğunu yazıb.Ramil Səfərovun doğma kəndi də  xaraba qalıb…Əslində isə 1993-cü ildə ermənilər tərəfindən xaraba qoyulmuş Şükürbəyli kəndində düşmən hərbçilərdən başqa heç kəs yaşamır. Nation-news.ru-nun əməkdaşı Şükürbəyli kəndinin Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun doğma kəndi olduğunu xüsusi olaraq vurğulayır. Və onun Budapeştdə erməni hərbçisi Qurqen Markaryanı qətlə yetirməsi barədə illərdir ki, ermənilərin söylədikləri hədyanları təkrarlayır…İran Xudafərin körpüsü yaxınlığında ermənilərə SES tikib…Araşdırmamızda Tehran hökumətinin işğalçı erməni rejimi ilə birgə İranla sərhəddəki Qumlaq qəsəbəsi ərazisində Xudafərin körpüsü yaxınlığında Araz çayı üzərində su elektrik stansiyası qurması haqqında da məlumatlara rastladıq. Bloq.rushydro.ru saytının 2011-ci ildə verdiyi məlumatlara görə, burada “Artsax GES” və İran Enerji Kompaniyası “Xudafərin” və “Qız Qalası” adlı iki SES inşa edib. 80 MVt gücü olan “Xudafərin” artıq istifadəyə verilib. Ermənilərin Cəbrayılda Araz üzərində tikdikləri bəndin fotosunu təqdim edirik.Fotolara baxıb ah çəkməkdən savayı, heç nə…Təqdim etdiyimiz digər fotolarda Cəbrayıl rayon mərkəzinin və bəzi kəndlərin xarabalıqları, boş, istifadəsiz qalmış çöllər, yollar, uçuq abidə və dayanacaqlar, təlim keçən ehtiyatda olan erməni zabitləri, topdan atəş açmağı öyrənən erməni qızları və s. təsvir edilıb. Baxıb ah çəkməkdən savayı əlimizdən bir şey gəlmir…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler