Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

21 yaşlı Mehribanı hebse aparan yol: Boşandıqdan sonra atası da qebul etmedi

22 Eylül 2016

10:04 am


22/09/2016 [14:01]: xeber –
1995-ci il təvəllüdü Mehriban Hüseynova narkotik vasitədən istifadədə və onun satışında təqsirləndirilərək həbs edilib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ilk olaraq dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror bildirib ki, 21 yaşlı Mehriban Hüseynova Gəncədən marixuana gətirərək Bakıda satmaq istəyib. Bu zaman isə polis əməkdaşları tərəfindən saxlanılıb.Təqsirləndirilən şəxs ilkin ifadəsində əməlini qismən də olsa etiraf edib. O, digər şəxslərin də istintaqa cəlb edilməsini istəyib.Məlum olub ki, M.Hüseynova bir qrup şəxslə əlbir olaraq Gəncədə narkotik maddə əkib. Həmin narkotik vasitələri satmaq məqsədi ilə Bakıya gətirərkən həbs edilib.Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Təqsirləndirilən şəxsin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin anasının rəhmətə getməsinin, bir dəfə ailə həyatı qurub boşanmasının nəzərə alınmasını istəyib.Vəkil deyib ki, M.Hüseynova ailə həyatı qursa da uğursuz olub. O, ata evinə qayıdıb və atası onu qəbul etməyib. Bundan sonra M.Hüseynova kafedə işləməyə başlayıb.M.Hüseynova son sözündə özünü qismən təqsirli bildiyini və peşman olduğunu deyib.Məhkəmə müşavirədən sonra qərar elan edib. Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler