Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

21 vezifeli şexs işden çıxarıldı – Nazirlik

06 Temmuz 2016

6:56 am


06/07/2016 [10:55]: xeber –
Təhsil sistemində korrupsiya və digər neqativ hallarla mübarizə 2015-ci ildə də əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalıb. Təhsil Nazirliyinin 2015-il üzrə illik hesabatında qeyd olunub ki, bu iş iki istiqamətdə – ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır. Hesabatda bildirilir ki, ötən il 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 vəzifəli şəxs tutduğu vəzifədən azad edilib, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib. Korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasına sistemli yanaşma tətbiq edilərək müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələri diplomlarının elektron bazasının yaradılması sahəsində effektiv sistem yaradılıb.(apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler