Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

21 sentyabr – 3-cü DEVALVASİYA heyecanı…

13 Eylül 2016

7:56 am


13/09/2016 [11:52]: xeber –
“FES yeni zərbə hazırlayır:  sentyabrda uçot dərəcəsinin artırılması şok yaşada bilər…”. sayt xarici mediaya istinadla yazır ki, bu xəbərdarlığı  məşhur “Financial Times” nəşri edib.Nəşr qeyd edir ki, əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Amerika valyutasının uçot dərəcəsini artırsa, həmin qurumun  başçısı Canet Yellen hərrac bazarlarını  şoka sala bilər. Odur ki, Uoll-Strit iqtisadçılarının əksəriyyəti (85 faizi) hesab edir ki, sentyabrın 21-dəki iclasda FES uçot dərəcəsini qaldırmağa qərar verə bilməz.  İlin əvvəlindən proqnozlaşdırılmış FES-in 2016-cı ildə uçot dərəcəsini 4 dəfə artıracağına yaranmış  inam artıq aşağı düşüb. Buna səbəb ABŞ iqtisadiyyatının qarışıq statistikası olub. Buraya iş yerlərinin çoxalması tempinin aşağı düşməsi  və xidmət sektorunun impulsunun itirilməsi də daxildir.“Financial Times”ın keçirdiyi sorğuya görə, 46 iqtisadçıdan yalnız 13 faizi  FES-in bu ay dolların uçot dərəcəsini artıracağını ehtimal edir. Bütün dünya investorları səbrsizliklə FES İdarə Heyətinin üzvü  Lael Breynardın çıxışını gözləyir. Onun çıxışı FES-in iclasqabağı çıxış edəcək tənzimləyici nümayəndələri arasında sonuncu olacaq. Sərmayəçilər Breynardı ənənəvi olaraq uçot dərəcəsinin artırılması əleyhinə çıxış edən məmur kimi tanıyırlar.Beləliklə, iqtisadiyyatı ABŞ valyutasının böyük təsiri altında olan bir sıra ölkələr kimi, Azərbaycan da həyəcanla sentyabrın 21-ni gözləyir. Manatın gözlənilən növbəti, 3-cü  devalvasiyasının olub-olmayacağı daha çox FES-in həmin gün verəcəyi qərardan asılı olacaq.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler