Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

2020-ci il üçün Obamaya çağırış – Xahiş edirik prezident ol!

10 Kasım 2016

4:28 pm


10/11/2016 [20:27]: xeber –
sayt xəbər verir ki, fanatları Mişel Obamaya 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olması üçün çağırış ediblər. Donald Trumpın ABŞ-ın 45-ci prezidenti seçilməsinin ardından ölkədə indidən 2020-ci ildə keçiriləcək prezident seçkiləri haqqında danışılır. Yüz minlərlə sosial şəbəkə istifadəçiləri 44-cü prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamaya 2020-ci ildə namizəd olması üçün çağırış ediblər. İnsanların bir hissəsi 2020-ci ildə keçiriləcək seçkilərin Mişel Obama üçün əla fürsət olduğunu vurğulayıblar. Onlar “Mişel Obama, xahiş edirik 2020-ci ildə prezident ol” ifadələrini səsləndiriblər. BBC-nin araşdırmasına görə, Mişel Obama ABŞ-da son dövrdə çox da görünməyən bir sevgi qazanıb. Mişel Obamaya olan xalq sevgisi Donald Trump, Hillari Klinton, hətta Barak Obamayla belə çoxluq təşkil edir. Mişel Obamanın qarşıdakı seçkidə iştirak etməsi üçün isə kiçik bir problem var. Belə ki, birinci xanım mart ayında prezident seçkilərində iştirak etmək niyyətinin olmadığını demişdi. Ancaq bu siyasətdir, siyasi gediş istənilən an dəyişib başqa məcraya yönələ bilər. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler