Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

2018-ci ilde dünya futbol cempionatı -MOSKVADA KEÇİRİLMƏYƏ BİLƏR

07 Ekim 2016

10:44 am


07/10/2016 [14:42]: xeber –
sayt xəbər verir ki, Rusiya və başda ABŞ olmaqla Qərb münasibətləri “soyuq müharibə” dövrünün gərginliyindən də artıq bir həddə çatıb. Son hadisələr Dünya geopolitik meydanında hər iki tərəf arasındakı münasibətlərin aşınma dərəcəsini aydın görsənir. Bütün baş verənlərin fonunda Qərb KİV-lərində 2018-ciildə Moskvada keçiriləcək futbol üzrə dünya çempionatının boykot edilməsi çağrışları indi tez-tez səslənməyə başlayıb. Çağırışlara yüksək ranqlı rəsmilər də qoşulub.sayt The Daily Mail nəşrinə istinad edərək xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş nazirinin müavini , Liberal demokratların lideri Nik Kleqq FİFA-nı Rusiyada keçiriləcək çempionatın təxirə salınmasına çağırıb. Dünya ölkələrini də bu yolu tutmağa dəvət edib. O, hətta bunun mümkün olmadığı təqdirdə Birləşmiş Krallığı təmsil edən İngiltərə, Uels, Şotlandiya və  Şimali İrlandiya komandalarının bu çempionatdan imtina etməsini vacib hesab edib. “ Moskva Suriyada insan haqqlarını pozur, Hələbdə cinayət törədir, dünyanı atom müharibəsilə  hədələyir, bizsə onların meydanlarında futbol oynamağa hazırlaşırıq”- deyə siyasətçi etirazını bildirib.  Vaxtilə ABŞ və tərəfdarları Moskvada keçirilmiş 1980-ci il Yay Olimpiya oyunlarını da o zaman SSRİ-nin Əfqanıstana daxil olmasına etiraz olaraq  boykot etmişdilər. Belə getsə, 2018-ci il Futbol üzrə dünya çempionatını da eyni vəziyyət gözləyə bilər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler