Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

200 min dollara Marsda yaşaya bileceksiniz

28 Eylül 2016

7:44 am


28/09/2016 [11:43]: xeber –
sayt xəbər verir ki, raket istehsal edən “SpaceX” şirkətinin və Tesla Motorsun avtomobil firmasının sahibi, amerikalı iş adamı Elon Musk 10 il ərzində 200 min dollar qarşılığında Marsa adam göndərmək istəyir. Musk bunun üçün əvvəlcə Marsda şəhər qurmağı planlaşdırır. İş adamı “Planetlərarası Daşıma Sistemi Layihəsi” adlanan bu yeni ideya haqqında Meksikanın Guadalajara şəhərində keçirilən 67-ci Beynəlxalq Kosmos Konfransındakı çıxışı zamanı məlumat verib.Musk bildirib ki, 200 min dollarlıq bilet alan istənilən şəxs Marsda yaşaya biləcək. Ancaq əvvəlcə münasib bir şəhərcik qurmaq lazımdır. Bunun üçün də 10 milyard dollarlıq sərmayə lazımdır. Ona görə də Marsa getmək istəyənlər ödənişi əvvəlcədən etməlidir. Sahibi olduğu “SpaceX”in BFR və BfS kosmos gəmiləri sayəsində insanların “Qırmızı Planet”ə enə biləcəyini deyən Musk bu vasitələrin saatda 100 min kilometrdən çox sürətlə hərəkət etdiyini bildirib. Kosmos gəmilərində yanacaq olaraq metan və oksigendən istifadə ediləcəyini deyib. Bir kosmos gəmisinin isə  100-200 adamı Marsa aparmaq imkanında olduğunu vurğulayıb. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler