Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

20 yaşlı gencin öz yeznesini öldürmesinin TƏFƏRRÜATLAR -“O, bacımı boşamaq isteyirdi…”

04 Eylül 2016

10:24 am


04/09/2016 [14:22]: xeber –
Bakıda bacısının ərini qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. O, törətdiyi əməldən peşman olduğunu və mərhumu öldürmək məqsədi ilə vurmadığını deyib. Hadisənin başvermə səbəbi isə alınan borcun geri qaytarılmaması olub.Hadisə 2016-cı ilin yanvar ayında baş verib. Əslən Tərtər rayonundan olan Ziya Əzizov yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanada mübahisə etdiyi bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılova bir bıçaq zərbəsi endirib. 25 yaşlı V.İsmayılov xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib.Borc üstündə baş verən mübahisə…Hadisəni törədən 20 yaşlı Z.Əzizov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gedərək təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qətli törədən şəxs hadisənin təfərrüatlarını danışıb.Məhkəmədə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 1996-cı il təvəllüdlü Z.Əzizov satıcı işləyib. Məhkəmədə prokuror ittiham aktını elan edib. İttiham aktında qeyd edilir ki, Z.Əzizov bacısının ərinə ov bıçağı ilə qarın nahiyyəsindən zərbə vurub. Hadisənin baş verməsinə səbəb tərəflər arasında olan borc məsələsidir. Belə ki, qətlə yetirilən şəxs bacısı ilə birlikdə Z.Əzizovun ailəsinin yaşadığı mənzilə gəlib və borclarını tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Daha sonra evə Z.Əzizov gəlib. O, Vasif və onun bacısı Aynurla mübahisə edib. Aynur Z.Əzizovu təhqir edərək ona namussuz deyib.Tərəflər arasında yaranan mübahisə qanla bitib və Z.Əzizov üzərində olan ov bıçağı ilə Vasifə bir bıçaq zərbəsi vurub.Məhkəmədə ifadə verən Ziya Əziziov ona qarşı irəli sürülən ittihamla özünü qismən günahkar bildiyini söyləyib.“O qədər aciz deyiləm ki, bir qadına əl qaldıram”Z.Əzizov məhkəmə ifadəsində bildirib ki, yeznəsini öldürmək niyyəti olmayıb və törətdiyi əməl də xüsusi amansızlqıla baş verməyib: “Bir bıçaq vurmuşam. Onu da bilərəkdən yox. Burada xüsusi amansızlıq, əvvəlcədən planlaşdırılmış şəkildə törədilən bir cinayət yoxdur. Hadisə olub, bundan peşmanam, amma xahiş edirəm ki, bəzi ağırlaşdırıcı hallar aradan qaldırılsın. Mən Vasifin bacısına xəsarət yetirməmişəm. Qeyd edilir ki, onun bacısına da zərbə endirmişəm. Ancaq mübahisə baş verərkən ola bilər ki, ona nəsə xəsarət dəyib. O qədər aciz deyiləm ki, bir qadına əl qaldıram. Həm də Vasif mənim evimə basqın edib, ailə üzvlərimi hədələyib, təhqir edib. Bəlkə də mənim yerimə kim olsa idi, bunu edərdi. Əsəbimdən özümü saxlaya bilmədim”.20 yaşında dəmir barmaqlıqlar arxasına düşən Ziya bacısının həyat yoldaşı olmuş Vasiflə münasibətlərinin pis olmadığını, tez-tez görüşdüklərini deyib. O, əlavə edib ki, bacısının ailəsində söz-söhbətlər, mübahisələr olub. Vasif onun bacısını  boşamaq istəsə də Ziya bununla razılaşmayıb.“Vasifin bacımı boşamaq istəməsini qəbul edə bilmirdim”“Vasif bacımdan boşanmaq istəyirdi. Ancaq mən bunu qəbul edə bilmirdim. Sonradan araşdırmışdım ki, Vasif əvvəl də ailə həyatı qurub və boşanıb. Boşanmaq məsələsində tez-tez mübahisə olurdu. Mən də çalışırdım ki, ayırlmasınlar. Bir neçə gün olardı ki, övladları dünyaya gəlmişdi” – deyə Ziya ifadəsində bildirib. Sələmə verilən 1500 manat və…Baş verən qətl hadisəsi isə daha çox tərəflər arasında olan borc pula görə olub. Ziya ifadəsində bildirib ki, Vasifgil onlara 1500 manat faizə pul veriblər. Bu pul vaxtında ödənilmədikdə tərəflər arasında münasibətlər daha da psiləşib: “Atam xəstə idi. Müalicəsi üçün pul lazım idi. Onlardan 1500 manat sələmə pul aldıq. Bu pulun üstündə 2-3 min manat faiz qaytarmışıq. Həmin gün də Vasiflə bacısı evə gəlib. Evdəkiləri təhqir edib, pul istəyiblər. Evi də dağıdıblar. Xəstə atamı itələyib başını divara vurublar. Mən işdə idim. Qardaşım zəng elədi ki, atamın vəziyyəti pisləşib. Mən də müdirdən icazə alıb qaçaraq evə getdim. Vəziyyəti görəndə əsəbləşdim. Məni sakitləşdirdilər. Qonşuda yaşayan xalamgilin evinə keçdim. Sonra Vasifin bacısı həmin evə gəldi. Məni görüb təhqir etməyə, “sənin qeyrətin yoxdur” deməyə başladı. Sözlə mübahisə etdik. Ona əl qaldırmamışam. Bu vaxt Vasif içəri girdi. Qışqırdı ki, “bacımla nə isin var?”. Fikirləşdi ki, bacısını vururam. Mən də dedim ki, bacına başa sal, danışığına fikir versin. Vasif “bacım nə deyirsə, düz deyir” dedi və üstümə gəldi. Boğazımdan tutdu. Evdə adam çox idi. Qonşular da bizi sakitləşdirmək istəyirdi. Vasif məndən böyük və qüvvətli idi. Əlimi atıb cibimdəki bıçağı çıxardım. Qorxutmaq istəyirdim. Elə əlimi uzadanda bıçaq böyrünə girdi. Dedim ki, bəlkə paltarına ilişdi. Sonra Vasif evdən qaçdı. Arxasınca çıxdım ki, görüm nə oldu? Vasif çıxıb getdi. Polisə şikayət edib, oradan da həkimə gedib. Polisə gedib təslim olmuşam”.Ziya ov bıçağını nə məqsədlə alıb? Prokurorun sualını cavablandıran Ziya bıçağı üzərində hansı məqsədlə daşıdığını belə izah edib: “İşlədiyim mağazaya gələn mallar bağlı qutularda olurdu. Həmin bıçağı da 15 gün olardı almışdım. Qutuları açmaq istəyirdim. Hadisə günü də yadımdan çıxıb və üstümdə qalıb. Atamın vəziyyətinin pisləşdiyini eşidib qaçdım. Malları açandan sonra bıçağı belimə qoyurdum. Evə gedəndə də belimdə qalıb”.Dövlət ittihamçısı qətldə istifadə olunan soyuq silahın ölçüsü böyük ov bıçağı olduğunu və buna görə də unudularaq beldə qalacağının məntiqli izah olmadığını xatırladıb. Dövlət itihamçısı həmin bıçağı haradan əldə etməsi ilə də bağlı təqsirləndirilən şəxsə sual ünavanlayıb.“Adam belində tank da olsa, hiss etməz”Ov bıçağını başqa məqsəd üçün almadığını deyən 20 yaşlı Ziya fikirlərini belə izah etməyə çalışıb: “Cənab prokuror, adam fikirli, həyəcanlı olanda, atası ilə bağlı xəbər eşidəndə nəinki bıçağı, heç belində tank da olsa, hiss etməz. Bıçağı almağa gəlincə, hər yerdə satılır. Bütün ovçuluq mağazalarında var. İndi də istəsəniz hər yerdən almaq mümkündür”.Törətdiyi əməldən peşmançılıq çəkdiyini deyən Ziya hadisə baş verən gün Vasifin narkotik vasitədən istifadə etdiyini və onun da yanında bıçaq olduğunu bildirib.Prokuror Ziya Zəzizova 2011-ci ildə də xuliqanlıq əməli törətdiyini xatırladıb. Lakin Z.Əzizov belə bir halın olmadığını deyərək, bunu inkar edib.“Qollarımı lezva ilə kəsdim” Sonda Z.Əzizovdan qollarındakı kəsiklərin səbəbi soruşulub. O, müstəntiqin işi düzgün aparmadığını, onun işinə əlavə ağırlaşdırıcı maddələr əlavə etdiyini iddia edib və buna etiraz olaraq qollarını kəsdiyini deyib.“Müstəntiq deyir ki, 15 min manat ver, sənə 5 il cəza versinlər. Axı mənim imkanım haradandır? İndi ağırlaşdırıcı halları qoyublar, üstümə… Mən də Kürdəxanıda buna etiraz edərək, qollarımı lezva ilə kəsdim” – deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler