Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“20 Yanvar” metro stansiyasının bir girişi bağlandı

01 Temmuz 2016

6:44 am


01/07/2016 [10:40]: xeber –
“20 Yanvar” metro stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“Azərsu” ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika Mərkəzi istiqaməti) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.Bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.Onun sözlərinə görə, “20 Yanvar” metro stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurub və dəyişdirilməlidir.“Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”, – deyə N.Paşayev əlavə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler