Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

2-ci dünya müharibesi barede — FAKTLAR

10 Ekim 2016

11:16 am


10/10/2016 [15:15]: xeber –
II Dünya Müharibəsi haqqında çox adamın bilmədiyi faktlar varQeyd edək ki, ikinci dünya müharibəsi tarixin ən dağıdıcı müharibələrindən biri kimi yaddaşlara həkk olunub. Bu haqda çox yazılmasına və araşdırma aparılmasına baxmayaraq, yenə də ortaya çıxan yeni faktlar mövcuddur. Həmin faktlardan bir neçəsini sizə təqdim edirik.1. 1938-ci ildə Avstriyanın işğalına etiraz edən yeganə ölkə Meksika idi.2. Yapon ordusunun əsgəri Hiroo Onoda İkinci Dünya Müharibəsindən 27 il sonra təslim olmuşdu. O, Filippin dövlətinə aid adada gizlənərək “düşmən” əleyhinə kəşfiyyatla məşğul idi. Yaponiyanın məğlubiyyətini isə düşmənin dezinformasiyası olaraq görürdü. Hiroo İmperator ordusunun mayorunun şəxsən Filippinə gəlib əsgərə məğlubiyyəti elan etməsindən sonra hərbi fəaliyyətini dayandıraraq təslim olmuşdu.3. Avropada 1923-cü ildə doğulan kişilərin 80%-i İkinci Dünya Müharibəsi illərində həlak olub.4. Böyük Britaniyanın indiki kraliçası II Yelizaveta müharibə vaxtı beş ay müddətində sanitar avtomobilinin sürücüsü olub.5. Yaponların öldürdüyü çinlilərin sayı müharibə vaxtı öldürülən yəhudilərdən daha çox idi.6. Parisdə yerləşən bir məscid çox sayda yəhudini almanlardan qorumuşdu. Məscid onların müsəlman olması ilə bağlı saxta şəhadətnamə verirdi.7. Vermaxt Polşaya hücuma keçəndə Vizna şəhərini 720 polyak qoruyurdu. Onlar 42 min əsgər, 650 top və 350 tankdan ibarət 19-cu alman ordusuna qarşı şəhəri 3 gün qorumuşdular.8. Uinston Çerçil İkinci Dünya Müharibəsindən sonra keçirilən ilk seçkidə məğlub oldu.9. Yapon Tsutomu Yamaguchi ABŞ tərəfindən Yaponiyanın Hirosima və Naqasakiyə atılan hər iki atom bombasından sağ çıxmışdı. O, 2010-cu ildə 93 yaşında ikən mədə xərçəngindən vəfat etdi.10. Müharibə illərində metal defisitinə görə “Oskar” mükafatı gipsdən hazırlanırdı.11. “Kök yeməyin daha yaxşı görməyə təsiri yoxdur”- Bu mif həmin illərdə britaniyalılar tərəfindən yayılmışdı. Bunun səbəbi isə ingilislərin alman qırıcılarını necə görməsi üsulunu gizlətmək olub.12. Yaponiya yəhudi qaçqınları ölkəyə qəbul etdiyi üçün Almaniya ilə münasibətləri gərginləşdirmişdi.13. Holokost vaxtı 1 100 000 yəhudi uşaq öldürülüb.14. Alman ordusu Parisi işğal edəndə Adolf Hitler Eyfel Qülləsinə çıxa bilməmişdi. Fransızlar qüllənin liftini xarab edərək Hitleri Parisin möhtəşəm mənzərəsinə baxmaqdan məhrum etmişdilər.15. Çexoslovakiya prezidenti Emil Haka Almaniyanın Çexiyaya daxil olması ilə bağlı Adolf Hitler ilə danışıqlar apardığı əsnada “ürək tutması” keçirmişdi. Buna baxmayaraq o aktı imzalamışdı.16. Polşalı həkim Eugene Lazovski və onun köməkçisi Holokost vaxtı 8000 yəhudini xilas edə bilmişdi. Onlar Rozvadov şəhərinə gələn alman əsgərlərinə şəhərdə tif epidemiyasının olduğunu bildirmişdilər.(ölkə.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler