Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

19 oktyabrda Marsa enecek

12 Ekim 2016

11:08 am


12/10/2016 [15:07]: xeber –
6 ay əvvəl Marsı araşdırmaq üçün kosmosa göndərilmiş Exomarsın oktyabrın 19-də Marsın səthinə enəcəyi bildirilib. Exomars kosmos gəmisi Marsda metan axtaracaq. Qeyd edək ki, təxminən 6 ay əvvəl Qazaxıstanın Baykonur kosmos bazasından buraxılan kosmos gəmi Marsda həyatın olub-olmamasını araşdırmaq üçün göndərilmişdi. Avropa Kosmos Ajansı (ESA) ilə Rusiya Federal Kosmik Ajansın (Roscosmos) birgə layihəsi olan Exomars oktyabrın 19-də Marsa enməsi gözlənilir. Bu gəmi Marsda həyat əlamətlərini göstərən metan qazı axtarır. ESA Marsda bu qazı axtarmalarının səbəbini belə izah edib: Dünya atmosferində olan metan qazının 90 faizi bioloji materialların çürüməsindən əmələ gəlir. Marsda tapılacaq metan qazı Qırmızı Planetin keçmişinin və gələcəyinin bioloji həyat üçün əlverişli olub olmadığı mövzusunda ciddi bir göstərici olacaq. Oktyabrın 19-də Marsın səthinə enməsi gözlənilən kosmik vasitə Exomars 16 oktyabrda iki hissənin ayrılması ilə Mars səthinə enməyə başlayacaq. Hazırda dünyaya bol məlumat göndərən kosmik vasitənin indiyədək kosmosa göndərilən vasitələrin ən mükəmməlidir. Bu kosmik vasitənin vəzifəsi uğurlu olsa (metan qazı olsa), Mars səthində koloniyalar yaradılması üçün ilk addım atılmış olacaq.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler