Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“180 neferi çıxartdıq, 3 deqiqe sonra tavan uçdu…” – 36 ildir yanğın söndürür +Video

11 Ekim 2016
12:28 pm


11/10/2016 [16:27]: xeber –
“Bir gün arı ilandan soruşur ki, ikisi də sancır. Bəs necə olur, ilan sancanda insan ölür, arı sancanda özü. İlan da qayıdır ki, bir var həvəskar, bir də var peşəkar”. Bu təmsili müsahiblərimdən biri peşəkarlıqla bağlı sualıma cavabında demişdi. Nəsə o gündən bu günə kimi hər dəfə peşəkar sözünü eşidəndə ağlıma ilk gələn bu olur. Elə ona görə yeni hazırladığım “Ömrün 40 ili” layihəsinə giriş üçün məhz bu təmsili seçdim. Bu layihədə biz bir ömrün 40 ilinə nə sığa bilər yox, nə sığdırıla bilər sualına cavab tapacağıq. Belə deyək, müsahiblərim ömrünün 40 ilini müxtəlif sahələrə sərf etmiş, bel büküb, saç ağartmış insanlar, daha doğrusu, peşəkarlar olacaq.Layihəyə başlayan zaman xeyli götür-qoy etdik, bir dəftər dolusu nömrə yığdıq. Bəzi nömrələrin altından, bəzilərinin isə üstündən xətt çəkdik. Redaktorumla ilk kimdən başlayaq deyə fikirləşəndə küçədən yanğınsöndürən maşınlarının səsi qulağımıza dəydi. “Yenə harasa yanır”- deyib müzakirəmizə geri döndük (iş yerimizin yaxınlığında depo olduğu üçün tez-tez eşidirik). Qısa söhbətdən sonra qərara gəldik ki, bayaq söhbətimizi yarı bölən yanğınsöndürənlər elə ilk müsahibə üçün də maraqlı olar. Sorub-soruşdurub artıq 40 ilini bu sahəyə həsr edən, ölkədə baş verən ən böyük yanğınların iştirakçısı olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev müsahibə üçün ən uyğun şəxs olduğunu öyrəndik. Təsadüfə bax ki, müsahibə üçün qərarlaşdırdığımız gün elə yanğınsöndürənlərin peşə bayramına təsadüf etdi. Elə söhbətimizə də bu nüansla başladıq:- Bayramınız mübarək, bu, qeyd etdiyiniz neçənci bayramdır?- Səhv eləmirəmsə, 36-cı bayramımdır. 40-a az qalıb.- Seçdiyiniz peşə nə qədər şərəfli olsa da, bir o qədər də ağırdır. Belə deyək, canını oda atmaq hər kişinin işi deyil.- Bu peşə mənim üçün yad deyil. Atam da Böyük Vətən müharibəsindən qayıdandan sonra Yanğından Mühafizə Xidmətində sürücü işləyib. 36 il təmiz iş stajı ilə bu orqanda çalışıb. Yeri gəlmişkən, artıq bu il mənim də 36-cı ilimdir. Uşaqlığım elə yanğınsöndürən maşınların əhatəsində, atamın dostlarının, iş yoldaşlarının qucağında keçib. O vaxt işçilərin çoxu müharibə veteranları idi. Onlar təcrübə və nizam-intizamına görə çox fərqlənirdilər. Mənim oyun meydançam xidmətin bağçası, oyuncaqlarım isə özümdən dəfələrlə böyük qırmızı maşınlar olub. Bilirsiz, uşaq üçün qırmızı maşın nə deməkdir? O vaxt bu maşınlar çox uşağın arzusu idi. Elə indi də.- Çox valideyn, xüsusilə də analar bəzən övladını belə çətin peşələrdən yayındırır.- Düzdür, anam çox narahat idi, Azərbaycandan kənara çıxmağımı istəmirdi. Atam “Məndən artıq kişidir? Mən o boyda müharibəyə gedib gəlmişəm. Qoy övladım da təhsilini alıb gəlsin”-dedi. Elə onda anamın ürəyi rahatladı, mənə icazə verdi. O vaxt azərbaycanlılar yalnız Xarkova göndərilirdi, buna baxmayaraq mən indiki Yekaterinburq şəhərinə getdim. Orada təhsil almaq üçün bir neçə seçim qarşısında qalmışdım. Sonradan qərara gəldim ki, elə atamın peşəsini davam etdirim. Sənədlərimi verdim və yüksək nəticə ilə məktəbi bitirdim. Təhsilimi tamamladıqdan sonra elə orada təyinatla işləməyə başladım və 2 il dalbadal ən yaxşı növbə rəisi adını qazandım. Daha sonra təyinatla Moskva şəhərinə göndərildim və akademiyaya qəbul oldum. Əlaçı oxuduğum üçün SSRİ Daxili işlər naziri Bakatinin əmri ilə mənə kapitan rütbəsi verildi. Qarşımda iki seçim var idi: ölkəmə, ailəmin yanına qayıtmaq, ya da orada yüksək vəzifələrin birində çalışmaq. Mən birinci variantı seçdim və ailəmin yanına qayıtdım.Rza Xudiyev ailəsinin yanına qayıtmaq üçün yüksək vəzifələrdən imtina edib 1991-ci ildə Bakıya qayıdır. Çətin bir zamanda Azərbaycana qayıdan Xudiyev özünü bu dəfə də ölkəsində təsdiq etməli idi. 9 il Nəsimi rayonunda rəis müavini işlədikdən sonra əməliyyat növbətçisi vəzifəsinə qaldırılıb. Elə bu müddət ərzində də paytaxtda baş verən ən böyük və mürəkkəb yanğınların söndürülməsinə rəhbərlik edib.- Hərdən arzusunda olduğumuz peşədə bir az çətinlik görən kimi, bəlkə də, başqa sahəni seçməliydim deyə fikirləşirik. Siz seçdiyiniz peşədə hər an təhlükə, ölümlə üz-üzəsiniz. Bəs uşaqlıqda aldandığınız qırmızı maşınlar, əyləncəli görünən peşə sizi heç peşman edib?- Yox, qətiyyən. Baxmayaraq ki, təcrübəm 40 ilə yaxınlaşır, ancaq indi də bu xidmət mənim üçün çox maraqlıdır. Çoxuna kənardan sadə görünə bilər. Ancaq yanğınsöndürmək, əlinə şlanq alıb qaçmaq deyil, sən böyük biliklərə sahib olmalısan. Yaxşı kimya, fizika fənnini bilməlisən. Bundan başqa, insan gərək çalışdığı sahəni sevsin. Sırf maaş xətrinə, gün keçirmək üçün işləmək olmaz. Xüsusilə də, bizim sahədə. Mən hər gün tabeliyimdə olan insanlara deyirəm ki, siz hər gün nəyisə öyrətlməlisiniz. Bizim sıralarımızda bu gün gənclər çoxdur. Biz də gənc olmuşuq, bizə də yol göstəriblər. Nəzəriyyə ilə yanaşı praktik tapşırıqlar da önəmlidir. Yanğının söndürülməsi böyük bir elmdir və xüsusi işləmək lazımdır.- Son illərin ən böyük yanğınlarından olan Azadlıq prospektindəki binanın söndürülməsi zamanı yaranan bir neçə nüans çox müzakirələrə səbəb oldu. Məsələn, vertolyotun suyu binadan çox, kənarlara tökməsi, binaya vurulan suyun yüksək mərtəbələrə çatmaması və s.- Bəzi şeylər var ki, kənardan baxıb şərh vermək çox asandır. Həmin vertolyotlarda 5 ton su olur və o bütün suyu eyni yerə tökə bilməz. Məcburdur ki, suyu hərəkət halında olan zaman boşaltsın. Mən Xətai rayonundan oraya 14 dəqiqəyə çatmışam. Bildiyimiz kimi, o vaxt bütün binaları üzləyirdilər. Biz həmişə buna qarşıydıq. Bu barədə müəyyən orqanların hamısına məktub göndərərək yazırdıq ki, binaları yanan materialla üzləmək olmaz, təhlükəlidir. Bilirdik ki, belə bir faciə baş verəcək. Ancaq bizə qulaq asan olmadı. İndi üzlüklər dəyişdiriləndən sonra bir dəfə də yanğın hadisəsi qeydə alınmayıb. Hər hansı bir mənzildə olur, ancaq bu bir neçə dəqiqə ərzində bütün binanı örtmür və vaxtında qarşısını ala bilirik. Hər bir materialın yanma sürəti var. Həmin binada yanğın aşağıdan baş vermişdi və qısa bir zaman ərzində tam ətrafı bürümüşdü. Oraya çatanda ilk tapşırığım o oldu ki, birinci insanlar çıxarılsın. İkinci mərtəbəyə çatanda artıq hiss etdik ki, boğuluruq.- Neçə yanğınsöndürən öz maskalarını sakinə verdiyi üçün zəhərlənmişdi. Bəs onların yanında əlavə maska olmur?- Olur, niyə olmur. Ancaq orada vəziyyət gözləniləndən qəliz idi. İnsanları 4 tərəfdən yanar bir materialın içində bağlamışdılar. O yanğın hər dəfə yadıma düşəndə çox pis oluram. Biz binaya daxil olanda meyitlər artıq pilləkənlərdəydi. Qapıların bəzisi bağlı, bəzisi taybatay açıq idi. Kimin ki, pəncərəsi, nəfəslikləri açıq idi, yanğın o evlərə daha çox yayılmışdı. Əsas ölənlər də pilləkənlərdəydi. Düzdür, bu kimi hallarda insan panikaya düşür. Ancaq sağ qalmağın yeganə yolu soyuqqanlı davranmaqdır. İnsanlar adicə yanğın zamanı nə etmək lazım olduğunu bilmir. Pəncərələr, qapılar taybatay açıldığı üçün alovun dili qatlanıb içəri girmişdi. Hətta bəzi mərtəbələrdə açıq olan qapılardan mənzillərdəki yanğınlar birləşmişdi. Bizə xəbər gəldi ki, yanğınsöndürənlər içəridə qalıb, düşmək mümkün deyil. Əmr verdim, tez onları xilas etdik. Hərdən belə də olur.- Çox vaxt sakinlər yanğınsöndürən maşınların gec çatmasından gileylənirlər.- Şəhərdə yanğın depoları müxtəlif yerlərdədir. Hər bir avtomobilin çatma vaxtı var. Mümkün deyil ki, bütün depolardan çıxan maşınlar 3 dəqiqə ərzində yanğın baş verən yerə çatsın. Dünya praktikasında da bu yoxdur. Yollardakı tıxacı, məsafəni nəzərə alıb biz hər istiqamətdən maşın göndəririk. Adicə olaraq, bir yerdə zibil qabı belə yananda biz 3 istiqamətdən yanğınsöndürən maşın göndəririk. Bundan başqa, maşınların da müəyyən sürəti var. Həmin sürət həddini aşsa, bu qəza ilə nəticələnə bilər. Çünki maşında tonlarla su olur və su ləngər vuranda maşın aşa bilər. Bu yaxınlarda sürücü təcrübəsiz olduğu üçün belə bir hal yaşanmışdı. Bizim sürücülərdə o mədəniyyət də formalaşmayıb ki, təcili yardım, yanğınsöndürən maşınlarına yol versinlər. Avropada, Amerikada yanğınsöndürən maşın gələndə bütün avtomobillər kənara çəkilir. Mən özüm bu işin içində olduğum üçün təcili yardım görən kimi maşınımı mütləq kənara çəkib yol açıram.Biz jurnalistlər söhbətləşdiyimiz hər insana, qarşılaşdığımız hadisələrə necə reportaj gözü ilə baxırıqsa, müsahibim də getdiyi hər yerə əvvəlcə yanğınsöndürən nəzəri ilə baxır. Dediyinə görə, opera, kino, konsert zalına gedəndə əvvəlcə yanğına qarşı təhlükəsizliyin nə dərəcədə olduğuna baxır, sonra səhnəyə:“Bəlkə də bu, vərdişdir. Hətta axşam yatmamış bütün elektrik cihazlarının cərəyandan ayrılıb ayrılmamasına baxıram. İki dəfə evi gəzəndən sonra ürəyim rahatlayır. Ancaq adam var, ütünü cərəyana qoşub başqa otaqda 1 saat telefonla danışır. Ən çox əhalinin toplaşdığı yerlərdən biri olan metropoliten üçün yeni bir sistem hazırlamışıq. Hazırda eskalatorların əl tutan yerlərinin içi ilə gizli bir boru xətti aparılıb. Dünyanın heç bir yerində o sistem yoxdur. Bu, vacib idi. Gecə saat 2-dən sonra metro stansiyalarında, tunellərdə bizim təlimlərimiz olur. Mən özüm 3 böyük metro faciəsində iştirak etmişəm. Hansı ki, birində 200-dən çox insan ölüb.Həmkarının göstərdiyi fotolardakı tüstüdən qaralmış üzünə baxıb gülən müsahibim Rza Xudiyevdən hər yanğın sonrası keçirdiyi hissləri xəbər alıram:“Hər dəfə yanğın söndürüləndən sonra, elə bil ki, çiynimdən böyük bir yük düşür. Həyatını xilas etdiyin insan ikinci dəfə doğulur. Tam ifadə edə bilməsəm də, burada fərəh hissi də var. Yadıma gəlir ki, Musa Nağıyev adına təcili yardım xəstəxanasında yanğın baş vermişdi, dam örtüyü yanırdı. Palatalara bir göz gəzdirən zaman gördüm ki, xəstələr olan yerin tavanı çat verib, hər an çökə bilər. Biz tez cərrahiyyədən çıxan xəstələri çarpayı ilə birlikdə oradan qaçırdıq. Heç 3 dəqiqə keçməmiş tavan aşdı. Yadımdadır, o vaxt oradan 180-ə yaxın xəstə çıxarmışdıq. Vaxtında qərar qəbul etdiyim üçün ürəyimdə böyük bir rahatlıq hiss eləmişdim. Belə deyim, saniyələrlə yarışırıq və bir səhv qərar nə qədər insanın həyatına son qoya bilər”.- Heç vaxt unutmaram dediyiniz yanğın hansıdır?- 1992-ci ildə ermənilər tərəfindən terror hadisəsi olmuşdu. Yanvarın 8-i idi. Bu tarix heç vaxt yadımdan çıxmaz. Gəminin içərisinə 92 vaqon yerləşirdi. Təsəvvür edin, nə böyüklükdə olar. Aşağı hissəsində nəqliyyat, yuxarı hissəsində sərnişinlər yrləşdirilirdi. Həmin yuxarı hissədə terror olmuşdu və gəmi limana 500 metr qalmış yana-yana gəlirdi. 30-a yaxın adam ölmüşdü. Birinci dəfə ən çox insan ölümünü o yanğında görmüşəm. Yanğından sonra uzun müddət özümə gələ bilməmişdim. Onu da deyim ki, əvvəllər əynimizdə rezin plaş, Sovetdən qalma döyüş paltarları olurdu. Şəkillərdə gördünüz ki, bir hissəsi yanğın zamanı yanırdı. İndi geyimlərimiz dünya standartlarına cavab verir. Bax, bir nümunəni də otağıma qoymuşam ki, gələnlərə göstərim.Otaqdan söz düşmüşkən qocaman yanğınsöndürənin kolleksiyası gözümüzdən qaçmadı. Müxtəlif forma və ölçülərdə qırmızı yanğınsöndürən maşınlarından hazırlanmış kolleksiyanın hələ böyük bir hissəsinin evdə olduğunu öyrənəndə bir az da onlardan söz açmaq qərarına gəldik:“Bunların hamısını getdiyim ölkələrdən gətirmişəm. Xaricdə yanğınsöndürən maşın istehsal edən zavodların qarşısında belə mağazalar olur. Oradan seçib alıram. Evə uşaqlı ailələr gələndə yoldaşıma deyirəm, tez yığışdırsın. Axı onlara maraqlı gəlir. Eybi yox, mən uşaqlara neçə dənə lazım olsa, maşın alaram, ancaq kolleksiyamdan biri qırılsa, elə bil ürəyim qırılır. Mənim üçün bunlar çox dəyərlidir”.- Söhbət əsnasında nəsə təqaüdə çıxmaq sözlərini eşitdim. Sizcə, artıq vaxt yetişib?- Hər şeyin bir sonu var. Artıq övladlarım çalışır. Mənim də təqaüdüm pis olmaz. İnsanda bir yorğunluq dövrü olur. Deyəsən, mən də bir az yorulmuşam. İstəyərdim ki, özümə və ailəmə daha çox vaxt sərf edim. Çünki gərgin iş rejimində çalışmışıq və ailəmə çox vaxt sərf edə bilməmişəm. Bircə şeydən nigaranam ki, yanğınsöndürənlərin maaşı çox aşağıdır. Özüm üçün demirəm, mənim maaşım 1000 manatı vurub keçib. Ancaq yanğınsöndürən əməkdaşlarımızın maaşları çox aşağıdır. Təsəvvür edin, hər yanğında həyatını riskə atan bir insan cəmi 300 manat maaş alır. Yanğınsöndürənlər mənim üçün çox əzizdir. Onlar mənim döyüş yoldaşlarım, çiyin qardaşlarımdır. Hər yanğında 40 il siqaret çəkən adamdan çox tüstü udurlar. Hərdən gənc yanğınsöndürənlərin yanına gedib çay içirik, söhbətləşirik. Mən rəhbər vəzifədə olan insanların özünü yuxarıdan aparmasını sevmirəm. Onsuz da, burada işləyənlərin çoxunun atası, babası yanğınsöndürən olub. Bu, elə bir gəlirli sahə deyil ki, hamı qohum əqrəbasını yanına yığsın. Əksinə, təhlükəli sahədir. Ancaq atasını, babasını o qırmızı maşınlarda, həyat qurtaran zaman görən uşaqlar da bu sahədə işləməyi arzulayır. Elə bizim ailənin bu sahədə iş stajı 130 ildən artıqdır. Oğlum da babasının peşəsini davam etdirmək istədi. Yoldaşım narahat olanda, mən də o vaxt atam deyən sözləri dedim. Elə qızım da bizim sahəni seçib.Sonda müsahibimdən öyrəndim ki, sən demə, yanğınsöndürənlərin bir-birlərinə xüsusi arzusu varmış:“Şlanqın heç vaxt islanmasın, sənə quru şlanqlar arzu edirəm”.Elə biz də bu gözəl arzuya qoşulub, dünyadakı bütün yanğınsöndürənlərə quru şlanqlar arzu edirik.(qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. VAKTİ ZAMANINDA 100 BİN TL’YE ALINMIŞTI Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. BİNE YAKIN VİLLA YAPILACAK İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler