Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

18 sentyabr tarixinde Rusiya Federasiyasının Dövlet Dumasına seçkiler keçirilecek

15 Eylül 2016

11:00 am


15/09/2016 [14:58]: xeber –
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Federasiyası Dövlət Dumasına seçkilər ərəfəsində Rusiya azərbaycanlılarına müraciəti2016-cı ilin 18 sentyabr tarixində Rusiya Federasiyasının Dövlət Dumasına seçkilər keçiriləcəkdir. Vətəndaş cəmiyyətinin birliyi, sabahkı gündə sabitliyin və əmin-amanlığın qorunması çoxmillətli Rusiya cəmiyyətinin inkişafının əsas postulatlarıdır. Rusiyada bütün xalqlar sülh və dostluq mühitində yaşayır, o cümlədən millətlərarası razılıq modeli dünyanın bir çox ölkələri üçün unikal nümunədir. Bu nailiyyətlərin artırılması – hər bir rusiyalının vəzifəsidir. Rusiya Dövlət Dumasına seçkilərində açıq, dürüst, gündəlik çalışan və çoxmillətli ölkəmizin çiçəklənməsi üçün Rusiya dövlətçiliyinin möhkəmlənməsi və inkişafı işində Rusiyanın Prezidenti Vladimir Putinin sadiq köməkçiləri olan namizədlərə səs verməyə və onları dəstəkləməyə çağırırıq. Hal-hazırda Ümumrusiya İctimai təşkilatı olan “Ümumrusiya Azərbaycan Konqresi”nin regional bölmələri Rusiya Federasiyasının subyektlərində yaşayan azərbaycanlıların ölkənin ictimai həyatında aktiv iştirakı üçün böyük işlər aparır, tədbirlər keçirirlər. Ümumrusiya Azərbaycan Konqresi bütün Rusiya azərbaycanlılarını öz vətəndaşlıq borcunu yerinə yetirməyə və Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə fəal iştirak etməyə çağırır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler