Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

18 esgerimizin şehid olduğu döyüş – Aprelin gizli qalan terefi +Video

28 Eylül 2016

8:48 pm


29/09/2016 [00:45]: xeber –
Hər bir türk 7 arxa dönən babasını tanımalıdır. Azərbaycan Ordusunun zabiti Həsrət Almasovla görüşümüzdə ilk söhbəti kökdən, şəcərədən başladı. Dedi ki, 7 arxa dönən babalarını tanııyır. Təmiz türkdür. Görüşümüzdən əvvəl “komandir” deyə müraciət etdiyim Həsrət Almasovu 35-40 yaşlarındakı zabit kimi təsəvvür edirdim. Amma onu görəndə haqqındakı təsəvvürlərim alt-üst oldu. Gənc bir oğlanmış… Və istər-istəməz qəlbimin dərinliyində vüqar, fəxarət yarandı. Mənim Ordumun belə komandirləri, Vətənimi qoruyan belə oğullar var.Hündür qamətli, enlikürəkli Həsrət Almasovun duruşunda, baxışında bir əzm, bir qəhrəmanlıq var idi. Bildim ki, 1990-cı ildə may ayının 1-də Yardımlı rayonunun Arvana kəndində doğulub. 8 uşaqlı ailənin sonbeşiyi olsa da, ərköyünlük görməyib. Kənddən ayrılıb Bakıya gələrək, kimya təmayüllü liseyi bitirib, sonra ali təhsil alıb. Əsgəri xidməti keçəndə isə çoxdan arzuladığı hərbçi peşəsinin sirlərini lap dərindən öyrənməyə başlayıb. Onu nümunəvi və intizamlı əsgər kimi Əfqanıstanda qulluq edən Azərbaycan Sülhməramlıları sırasında təlimə də göndəriblər. 2014-cü ilin oktyabr ayından isə Azərbaycan Ordusunda zabit kimi çalışır.Hərbçi olmağa ehtiyac üzündən deyil, vətəni qorumaq niyyəti ilə gedib. Çünki onun boya-başa çatdığı dövrdə Azərbaycan haqsız bir hücuma, qaydasız müharibəyə məruz qalıb. Bu o illər idi ki, dünyada yeni düzən yaranırdı, dünyanın siyasi və geopolitik xəritəsi dəyişirdi. Arazın o tay-bu tayında yaşayan azərbaycanlıların azadlıq mücadilələri, sərhədlərin açılması, sovet üsul-idarəsindən bezib 70 ilin boyunduruğunu və zəncirlərini qıran insanların mübarizə çağırışları, mitinqlər, azadlıq havasına köklənən yürüşlər…Bütün bu gedişlərin hamısı geopolitik məkanda çox önəmli dəəyərləndirilən Azərbaycanda köklü dəyişikliklərə gətirib çıxara bilərdi. Güneydə fars rejimindən on illər ərzində əziyyət çəkən Azərbaycan türkləri Şimali Azərbaycana birləşmək arzularının reallaşmaq şansı var idi. Rusiya və Avropa dövlətləri şirin tikə olan Azərbaycanı itirmək istəmədikləri kimi, onun Türk dünyası ilə birləşməyini, böyüməyini və sərhədlərinin genişlənməyini də istəmirdilər. Yəni bir oyun lazım idi ki, Bütöv Azərbaycan arzuları unudularaq, ikinci plana keçsin.Müstəqilliyimizin ilk meyvələrini daddığımız o illərdə, üç fövqəldövlərin qurduğu şeytan oyunlarına start verildi. Böyük dövlətlərin əllərində həmişə oyuncaq və alət olan Ermənistanı yenə yalançı torpaq iddialarına köklədilər. Və böyük güclərin köməyi ilə tarixi torpağlarımız olan Qarabağdan ilk azərbaycanlı kökçünlərimiz və erməni zülmündən qaçanlarımız gəldilər. Beləcə qondarma müharibə başlandı… 1992-ci ildən bu yana, hələ ki, böyük dövlətlərin vurduğu düyünü nə o tay, nə bu tay Azərbaycan aça bilir. Ermənini oynadır, bizi gözlədirlər.Həmin o illərdə qəhrəmanım Həsrət Almasovun 3 yaşı var idi. O da tay-tuşları kimi həyətdə taxta parçalarından avtomat düzəldib, dava-dava oynadı. Böyüyəndən sonra Xocalı faciəsindən xəbər tutdu. Özündən böyük 3 qardaşına, atası Hidayət müəllimə bu davanın nə zaman qurtaracağı, düşməndən qisasın nə zaman alacağı barədə çox suallar ver”di. Ancaq o vaxt ona heç deyən olmadı ki, qisası sən alacaqsan, qisasımızı alacağıq dedilər.Tarix kitablarından, salnamələrdən oxuduğu türk qəhrəmanlarını sevdi. Onların hamısı mərd, mübariz, torpaq uğrunda candan keçənlər idilər. Bir də ki, ordu komandiri, sərkərdə kimi daha çox Fateh Mehmetin ruhunu sevdi. Azərbaycan Ordusunda xidmətə başladığı ilk gündən də qəlbində, könlündə qarşısında daim irəli gedən, qələbəni heçdən var edən, Tanrısı köməyinə çatan bir Fateh Mehmet ruhunu yaşadıb.Dönməz geri, Azərbaycan əsgəri!!!Həmin axşam da elə idi. Gecə ilə bölük komandiri olduğu N saylı hərbi hissədəki əsgərləri başına yığıb, mərkəzin verdiyi “ermənilər qəfil hücuma başlayıb, qarşısı alınmalıdır!” tapşırığını yerinə yetirmək üçün toparlananda qanı damarlarında Göytürk xaqanı Kurşad xaqan kimi coşub-titrədi. Ətrafındakı igidlər də elə Göytürkün əsgərlərinə bənzəyirdilər. “Vətən!”, “Torpaq!” deyib vuruşa atılmağa hazır olduqlarını bir səslə dedilər. Qisas günü gəlib çatmışdı.Döyüşə atılmazdan bir neçə saat əvvəl bölük komandiri, baş leytenant Həsrət Almasov əsgərlərin hazırlığını bir də yoxladı. Hansı əhval-ruhiyyədə olmalarını bilmək istəyirdi. Və döyüşdən əvvəl əsgərlərin xatirə şəklini də çəkdi. Bu şəkillərdə bütün əsgərlər sevincli, şad-xürrəm, qələbə əzimliydilər. Bölük komandiri Almaslı döyüşə girməzdən əvvəl əsgərlərinə bir daha həmişə dediyi sözləri xatırlatdı: “Azərbaycan əsgəri, unutmayın ki, erməni əsgəri qorxaqdır. Xocalı soyqırımını onlar Azərbaycanda erməni xofu yaratmaq üçün törətmişdilər. Erməni bunu öz gücünə etməyib. Biz döyüşə ölməyə deyil, qələbə qazanmaq üçün gedirik. Hər birimiz döyüşdən sağ çıxacağıq!”. Aprel ayının 1- 2-nə keçən gecə saat 3-də ermənilərin təxribatının qarşısını almaq əmrini alan komandir tapşırığa əsasən, bölüyündə olan əsglərlərlə hücuma keçdilər. Döyüş başladıGecənin qaranlığında qorxmaz Azərbaycan əsgərləri komandirin əmri ilə döyüş xəttində öz yerlərini tutaraq hərəkətə keçdilər. Düşmən mövqeyinə Seysulan tərəfdən ilk addım atan, mövqe yaran Samir Kaçayev, Vüsal və Vuqar Alıyev qardaşları oldu. Samir Kaçayev komandiri Həsrət Almasovdan aldığı əmrlə sol cinahı açdı. Və bundan sonra arxadakı əsgərlər də hücuma keçdilər. Bir azdan tağım komandiri, baş leytenant Azər Məmmədov da öz dəstəsi ilə sol tərəfdən hücuma qoşuldu. Tankın açdığı ilk yaylım atəşi ilə vurulan ermənilərin müşahidə məntəqəsi oldu. Bu məntəqənin vurulması ilə də Seysulan azad olundu. Erməni döyüşçülərinin içərisinə vəlvələ düşmüşdü. Tağım komandiri Azərin atdığı güllə erməni əsgərinin sifətindən tutdu, erməni tərəfdən atılan güllə isə erməni mövqeyini atəşə tutan Azər Məmmədova dəydi. Həsrət Almasovun atdığı güllələr isə həmin dəqiqə 2 erməni döyüşçüsünü də yerə sərdi. Gənc əsgərlər arasına səs düşdü: “Komandir vuruldu”. Döyüşün qaydaları belədir. Zabit Həsrət Almasov döyüşçü dostunu arxadakı səngərə çatdırmaq üçün onu kürəyinə aldı, həm öz təchizatı, həm də Azər Məmmədovun təchizatının ağırlığını da hiss etmirdi, iki əsgər isə yaralanmış döyüşçünün ayaqlarından tutaraq, döyüş bölgəsindən 200 metr uzaqlaşdıraraq səngərə çatdırdılar. Geri qayıdanda Həsrət Almasov ən çox sevdiyi döyüşçüsü Samir Kaçayevin şəhid olduğunu gördü. Samir Kaçayev arxası üstə yerə uzanmışdı. Ondan qabaqda isə üzbə-üz döyüşdə iki ermənini gəbərtmişdi. Samirin göylərə baxan üzündə bir məmnunluq və nifrət var idi. Başqa vaxt olsaydı komandir Samir Kaçayevin yanından çəkilməzdi. Ancaq indi döyüş vaxtı idi. Hər saniyə düşmənin məhvinə xidmət edirdi. Bir an ləngimək, döyüş xəttində nizamsızlıq yaradacaqdı. Hədəf ancaq irəli idi. Samir Kaçayev öz işini görmüşdü. Onun fəallığı nəticəsində ilk döyüş xətti açılmışdı. Azərbaycan əsgərlərinin aldığı mövqe yaralı və ölmüş ermənilərlə dolu idi. Samir Kaçayevin qisası alınmışdı…Bir az keçəndən sonra komandir Həsrət Almasov ən çox sevdiyi əsgərlərindən olan Mikayıl Vahabzadənin düşmən mərmisindən şəhid olduğunu gördü. O, özündə cəsarət tapıb erməni ilə ən yaxın üzbəüz mövqeyə keçmişdi. Atıcı və manqa komandiri Mikayıl Vahabzadə həlak olanda dan yeri hələ açılmamşıdı .Baş leytenant Almasovun üçüncü şəhidi isə Vüsal Alıyev oldu… Aprelin 2-si döyüş bölgəsindən çıxarılan 3 şəhid ailəsinə göndərildi. Aprelin 5-dən sonra isə… Seysulanda azərbaycanlı əsgərlərin geri aldıqları mövqe neytral zona elan olundu. Döyüşün qaydalarına görə, komandirlər düşmənlə savaşan əsgərlərin halına-xasiyyətinə bələd olurlar. Həsrət də bilirdi ki, onun yanındakı əsgərlərin heç birinin gözündə qorxu yoxdur. Onlar bu Vətəni, bu torpağı köynək edib əyinlərinə geyinərək, QƏLƏBƏ qazanmaq üçün döyüşə atılmışdılar. Nə etsən də, Vətən uğrunda, torpaq uğrunda döyüş, qansız-qadasız, itkisiz olmur ki…Samir Kaçayev, Mikayıl Vahabzadə, Elşən Səmədov, Nazim Zəkəralıyev, Orxan Əliyev, Firdovsi Bağırlı, Mahir Quliyev, Rəşad Niftallı, Əmiraslan Xeyirbəyov, Fəxrəddin Qurbanlı, Vüsal Alıyev, Altun Dəmirli, Tural Dadaşov, Əbdülməcid Axundov, Rəvan Nurayev, Elvin Mirzəyev…Şəhid Mikayıl Vahabzadənin şəkli bu günə kimi də komandirin telefonunun üst səhifəsində qalır. Onun yüksək ailə tərbiyəsi, davranışı, hərəkəti, çətinliklərə dözməyi, əsl həbçi mətinliyinə söz ola bilməzdir. Vahabzadə manqa komandiri olsa da, bütün çətinliklərin öhdəsindən gəlirdi. Nizamlı-intizamlı idi. Şərəfli zabitə məxsus olan sirr saxlamaq keyfiyyətinə malik idi. Orduda çətinliklər olur, ordu kişilik məktəbidir. Mikayılı bir dəfə də olsun o çətinliklərdən sınan, əyilən görmədilər. Aza da tabe oldu, çoxa şükür etdi. Ətrafındakı əsgərlərin də hörmətini qazanmışdı. Aldığı ali təhsil də hədər getməmişdi. Mikayıl kimi oğulu dünyaya gətirən ananın özü hamıdan əvvəl qəhrəmandır. Mikayılla həm də dost olmuşdular. Əhdləri var idi, aprel ayında Həsrətin nişanı olacaqdı, o xeyir işə birgə gedəcəkdilər. İkisi də məzuniyyətlərini həmin aya saxlamışdılar…Samir Kaçayev İncəsənət və Memarlıq İnstitutunun məzunu, ali təhsilini bitirən kimi əsgəri xidmətə getmişdi. Nadinc, dələduz əsgərləri təmkinli söhbətləri, sözləri ilə elə ram edirdi ki… Baxışlarında qartal kimi zəhm, görkəmndə ağayanılıq var idi. Komandanlığın bütün tapşırıqlarını can-başla yerinə yetirərdi. Komandir hər dəfə ona baxanda fikirləşirdi ki, Samir Kaçayevin Orduda gələcəyin zabiti olması üçün çalışacaq. Çünki etibarlı idi, mərd idi. Türkiyəli komutanının dediyi bir fikri heç unutmamışdı: “Özünüzə əsgər seçəndə elə seçin ki, o həm də sizə, arxa-dayaq olsun! Həyatınızı eibar edəsiniz!”. Samir Kaçayev şəhid olandan sonra, “İgidliyə görə” medalı ilə təltif olundu… Samir Kaçayev sol cinahı açmaqla canı bahasına əsgər yoldaşlarını xilas etmişdi. Üzbəüz döyüşdə iki erməni əsgərini ölüdrdükdən sonra, özü də qəhrəmanlıqla həlak olmuşdu. Nizam-intizamlı, tərbiyəli əsgər olduğundan döyüşdə də bu keyfiyyətlərini göstərdi. Zabit ona görə rahat idi ki, onun qanını həmən almışdı..Elşən Səmədov və Nazim Zəkaryayev eyni bölgədən, Şamaxıdan idilər. Səmədov çox zarafatcıl idi. Gözəl səsi var idi. Yanaqlarından o dağların havasının saflığı, qırmızılığı heç keçməmişdi. Hərdən kefinin kök vaxtında, səsini başına atıb, əsgərlərin əhvalını qaldırardı. Tez-tez də, hörmətini saxladığı komandirinin yanına gəlib, “cənab komandir, bir hərəkət edin, gedək!” deyirdi. Yəni ki, “nə zaman döyüşə gedirik” demək istəyirdi. Oturuşu, duruşu, ədəbi, tərbiyəsi gözəl idi. Nazim Zəkaryayev həmişə deyib-gülən, danışan, bütün əmrləri yerinə yetirən səliqəli, şeirli-sözlü idi. Şamaxı dağlarından, bulaqlarından gətirdiyi saflıq elə gözlərində idi. Gecə-gündüz əmrə müntəzir gəzirdi. Komandiri ona bir iş buyuranda, sevincinin həddi-hüdudu olmurdu. Motoatıcılığın sirlərini də öyrənmişdi. Hətta döyüşlər təzə başlayanda erməninin atdığı güllələr gəlib Almasova dəymişdi. Qoruyucu jiletə ilişib, daxilə keçməmişdi. Yalnız güllələrdən biri başındakı dəmir papağı, yarıb saçlarını ütüb keçmişdi. Tanrının ona şəhidlik yazmadığı gün idi. Güllə də yaxın düşmədi həmin gün zabit Almasova. Ətrafında hərəkət edən Nazim Zəkaryayev onun bu halını görüb, gəlib qucaqlamışdı, gözləri dolmuş halda “komandir, nə yaxşı ki, sizə heç nə olmadı. Siz salamatsınız” deyib, döyüşə davam etmişdi. O da qəhrəmanlıqla həlak oldu. Son nəfəsinə kimi kişi kimi vuruşdu.Əbdülməcid Axundov da tələbə idi. Yamanca qabağa atılırdı. Komandir Azər Məmmədovun əsgəri idi. Almasovun bölüyündə olmasa da, iki gün ərzində halından-hərəkətindən özünü çox cəsarətli, ürəkli bir əsgər kimi göstərmişdi. O, həmin gecə qələbə sevincini bölüyün əsgərləri ilə birlikdə yaşadı. Səhərə yaxın düşmənin atdığı top mərmisinin qəlpəsindən sağ böyrü tərəfindən yaralandı. Bir neçə saniyədən sonra dünyasını dəyişib, haqq dünyasına qovuşdu.Elvin Mirzəyev də Əbdülməcid Axundov kimi Azərbaycan Texniki Universitetini bitirib əsgəri xidmətə gəlmişdi. Onlar ikisi də iyul ayında, geri qayıdacaqdılar…Zaqataladan olan Rəvan Nurayev döyüşün ilk saatlarında qarın boşluğundan yaralanmışdı, əsgər yoldaşları ona yardım etmək istəsələr də, razı olmamışdı. Əlləri ilə yarasını tutub, öz ayaqları ilə səngərə qayıtmışdı. Sonra da qarın boşluğuna yığılan qan itkisindən həyatını itirmişdi.Tovuzdan olan Orxan Əliyev də şəhid oldu elə həmin dəqiqələrdə… torpaqlar geri alınarkən nə canlar, qurbanlar verdik…Azərbaycan Ordusunun zabitləri bu döyüşlərdə əvvəlcə özləri qabağa atılıb, sonra əsgərləri arxalarınca aparırdılar. Həmin döyüşlərdə mayor İlham Hüseynov öz sinəsini irəli verməklə bir əsgəri xilas edir. Yaralı olduğunu görəndə isə vaxt itirmədən, əlindəki qumbaranı açıq saxlayır ki, erməniyə əsir düşərsə, özünü partlatsın. Lakin müharibədə sağ qalmaq bir qismətdir, mayor komandir İlham Hüseynovu əsgərlərimizin köməyi ilə döyüş bölgəsindən çıxarırlar.Neyləyəsən ki, döyüşdə hər güllə bir zabitin, və ya əsgərin qismətidir.Həmin gün döyüşə atılan uşaqların hamısı qəhrəman idilər. Ermənilər təlaşa düşmüşdülər. Aləm dəymişdi bir-birinə, Azərbaycan Ordusunun müzəffər əsgərləri geri aldıqları ərazilərdə erməniləri yerlə-yeksan edə-edə gedirdilər. Axşama yaxın erməni tərəfin gücdən və ruhdan düşdüyü aydın görünürdü. Azərbaycan Ordusunun əsgəri qarşısında, zəif təchizatlı erməni neyləyəcəkdi ki… Gecə yarısı o da məlum oldu ki, bizim hərbçi rabitəçilərimiz erməni əsgərlərinin öz mərkəzlərinə yalvarmalarını, silah istədiklərini, ağlaşma səslərini tutmuşdular.Ermənilər o qədər qorxuya düşmüşdülər ki, əqrəb çətin zamanlarında, düşməni ilə üz-üzə qalanda özünü sancıb öldürdüyü kimi, ermənilər də boş qoyub qaçdıqları mövqelərini yenidən bombalamağa başladılar. Lakin həmin mövqelərdə Azərbaycan Ordusunun Vətən torpağını azad etmiş əsgərləri şadyanalıq edir, sevincdən ağlayır, yaralılara yardım göstərirdilər…. Atəşkəs elan edildi… Seysulanda, azad olunmuş ərazilərdə erməni bayrağını çıxarıb, yerində Azərbaycan bayrağıni dalğalanırdı əzgərlərimiz.. Əsgərlərin ürəyində itkilərin ağrısı ilə bərabər, həm də qələbə sevincinin xoşbəxtliyi var idi. Bu müharibədə ölüm gözlə qaş-arasında idi. Ölməyənlərin, şəhid olmayanların məqamı çatmamışdı. Tanrıdan onların ömrü belə yazılmşıdı ki, Siz Vətənə qələbə sevincini paylayan ilk qaranqüşlar olacaqsınız…. Atəşkəs elan edildi. Aprelin 8-də isə tərəflərin razılığı ilə şəhid əsgərlər neytral zonadan çıxarılmalı idi. Baş leytenant Həsrət Almasov da getdi. Həmin saatlarda baş leytenant Həsrət Almasov ən ağır anlarını yaşadı. Bu gənc yaşında komandiri olduğu bölüyün əsgərlərinə “düzlənin!”, “açılın!”, “ətrafa sürünün!” komandaları verəndə heç bunları düşünməmişdi… İndi o əsgərlərin cansız bədənlərini qollarının üstündə daşıyırdı. Qismətində, taleyində bu da var imiş…Fəxarətlə, şərəflə döyüşə gətirdiyi əsgərlərini, dostlarını, cəbhə, müharibə yoldaşlarını indi bir-bir qanları tökülən ana torpaqdan götürürdü. Hər bir əsgərin üzündə kin-küdürət hopub qalmışdı. Bu elə nifrət ki, bu elə kin ki… düşmənə olan kin… Onların üzlərində qorxu , ağrı deyilən bir nişanə görmədi. Neytral zonadan Elşən Səmədovun cansız bədənini götürəndə, avtomat silahı da əlində idi. Onun barmaqları silahın tətiyindən yapışmışdı. Həkim onun cansız əlindən belə silahı çox çətinliklə açıb götürdü. Elşənin cansız bədəni də döyüşmək istəyirdi, silahı əlindən yerə qoymaq istəmirdi, silahından ayrılmaq istəmirdi.Döyüş meydanlarında ölüb qalan erməni əsgərləri necə cılız, cansız bədənli idilər. Baxan kimi bilinirdi ki, orduda vaxtlı-vaxtında yemək-içməkləri də olmayıb. Hətta əynindəki paltarları da köhnə, nimdaş idi. Həsrət Almasov deyir ki, neytral zonadan əsgərlərinin meyitlərini götürməyə gələn ermənilər isə hündürboylu, nisbətən fərqli əsgərlər idi. Baxan kimi hiss olunurdu ki, bu əsgərlərin özü də bir şirmadır. Gözə kül üfürmək üçün, meyit daşımağa seçilən əsgərləri göndəriblər. Ancaq sınmışdılar, vüqarlı deyildilər, Azərbaycan Ordusunun zabitlərinin yanında çox əzgin, ruhsuz görünürdülər. Azərbaycan əsgərləri bir gecənin içərisində erməniyə öz yerini göstərmişdi, bir gecənin içərisində erməni bilmişdi ki, döyüşə nahaqdan qatılıb. Onları Böyük Ermənistan arzularına kökləyənlərin, yalanına inandıqlarının fərqinə varmışdılar. Onlar türk əsgərinin gücünü bir daha gördü, bildi ki, bir türk əsgərini yenmək çıx çətindir…. Lakin bu ölməz, həmişə yaddaşlarda yaşayaca QALİBİYYƏT şəhidləri bütün dünyaya Azərbaycanın gücünü, Azərbaycan Ordusunun nəyə qadir olduğunu, 25 ildə günlərini boşa vermədiyini, Vətən torpaqları üçün canından keçməyə hazır olan vətənpərvərlər yetişdirdiyini sübut etdi. Düşmən erməni tərəf Azərbaycan Ordusunun silahlarını, təchizatını görüb xar oldu. Aprel ayının əvvəlindən may ayına kimi Azərbaycan Ordusu o QALİBİYYƏT savaşlarında xeyli şəhid verdi, bizim əsgərlər isə ermənini zəmi kimi qırıb-biçdilər.”Öz gözlərimlə gördüyümdən deyə bilərəm ki, gizli əməliyyatlarda, üzbəüz döyüşlərdə erməninin 1000-ə qədər itkisi oldu”, – komandir Həsrət Almasov deyir.Həmin günərdə Azərbaycan Ordusunun əsgərləri “Ohanyan xəttini” keçmişdilər. “Ohanyan xətti” Qarabağ müharibəsində 25 il toxunulmaz qalmışdı. Və həmin döyüşlərdə ermənilərin “Ohanyan xətti” mifini Azərbaycan əsgərləri 4 saatın içərisində dağıtdılar. Bu xəbəri ermənilər havadarları Rusiyaya çatdıran kimi, Rusiya yenə bizim daxili işimizə qarışaraq, qələbəmizə mane oldu.Söhbətimizin sonunda komandirdən soruşdum ki, müharibənin davam etəmsini istəyirmi?”Mən Vətənin əsgəriyəm. Vətən torpaqlarımı hürr, azad görmək istəyirəm. Azərbaycanın özünə qalsa bir gecənin içərisində o torpaqları geri alar. Yəqin ki, həmin o ağır günlərdə ölkə prezidentinin çıxışını xatırlayırsınız. Biz axıra qədər gedəcəkdik. Xarici qüvvələr, siyasi güclər haqq savaşımızı dayandırdılar. Qarabağ düyünü ikinci-üçüncü dövlətlərin əlində oyundur, silahdır. Yadınızdadırsa, bu haqda 2004-cü ilin mart ayının 4-də Daşkənddə Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti İslam Kərimovun rəsmi görüşü zamanı, jurnalistlərin suallarını cavablandıran mərhum İslam Kərimov demişdi: “Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Ancaq neyləmək olar ki, bu Qarabağ oyunu və düyünü ikinci və üçüncü dərəcəli fövqəl dövlətlərin əlindədir!”. Vətən çağıranda, darda olanda əsl vətən oğlunda milli qeyrət cuşa gəlir. İstər-istəməz insan irəli getmək istəyir. Arxada qoyub gəldiklərini düşünmür. Arxada isə övlad, ata-ana, bacı, sevgili gözləyir adamı… Bütün bunları, müharibə sona yetəndən sonra düşünürsən. “Bu vətənin yolunda isə hər an canımdan keçməyə hazıram, Ali baş komandan İlham Əliyev, müdafiə nazirimiz Zakir Həsənov nə zaman əmr verərlərsə, yenə şanlı ordumuzun sıralarında əsgərlərimizi də başımıza yığıb döyüşlərə atılacağıq. Döyüşlərdə həlak olaramsa, türk xaqanı Kurşad kimi olmaq istəyərdim”. Çin ordusunda general-leytenant vəzifəsinəcən yüksəlmiş bir Göytürk şahzadəsi olmuşdu Kürşad…. Şərqi Göytürk xaqanı Şibi xaqanın oğludur. Əmisi Çula xaqanın Çinə təslim olmasından sonra Çində hərbi rütbə qazanır. Tölis xaqanın kiçik qardaşıdır. O qardaşına nifrət edirdi və imperatora qardaşının üsyan etmək üzrə olduğunu dedi. Cieşeşuay 639-cu ilin avqustunda təzəlikcə ölən Tölis xaqanın oğlu Aşina Holoku ilə 40 nəfərdən ibarət bir qrupla, imperatoru şəhərdə girov götürmək planını hazırlayır. Ancaq basqın planı hazırlandığı gün olan 19 may 639-cu ildə dəhşətli bir fırtına və yağış başladığından Çin imperatoru saraydan çıxmır. Buna qarşılıq planın pozulmasını istəməyən Kürşad və onun dostları saraya basqın edirlər. Uzun sürən çarpışma nəticəsinə yüzlərlə çinli keşikçi məhv edilsə də, Kürşad dostlarının böyük bir hissəsini itirir və saraydan çəkilmək məcburiyyətində qalır. Çinlilərin sərrast atdıqları silah onun başını bədənindən ayırır. Lakin canında cəsarət və qüdrət olan Kuşadın başı bədənindən ayrılsa da, başsız bədən atın üzərində dayanır. Əyilmir, sınmır, yıxılmır. Onun canındakı Vətən qeyrəti, Vətən təssübkeşliyi başsız bədənini belə sınmağa qoymur.(femida.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler